Beynəlxalq İnkişaf Nazirliyinin nümayəndələri Mədəniyyət və Turizm Nazirliyinə olub

Mədəniyyət və Turizm Nazirliyində nazir müavini Nazim Səmədov ilə ölkəmizdə səfərdə olan Fransanın Xarici İşlər və Beynəlxalq İnkişaf Nazirliyinin Regionlararası Əməkdaşlıq üzrə Milli Komissiyasının Baş Katibi Bertran Fort arasında görüş keçirilib.

Mədəniyyət və Turizm Nazirliyində nazir müavini Nazim Səmədov ilə ölkəmizdə səfərdə olan Fransanın Xarici İşlər və Beynəlxalq İnkişaf Nazirliyinin Regionlararası Əməkdaşlıq üzrə Milli Komissiyasının Baş Katibi Bertran Fort arasında görüş keçirilib. Nazirliyin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, görüşdə, Fransanın Azərbaycandakı, eləcə də Azərbaycanın Fransadakı Səfirliyinin nümayəndələri də iştirak ediblər. Görüşün keçirilməsində əsas məqsəd Azərbaycan və Fransanın şəhər və regionları arasında turizm sahəsində əməkdaşlıq perspektivlərinin müzakirə olunması idi. N. Səmədov iki ölkə arasında turizm sahəsində əlaqələrin inkişaf etdirilməsi üçün görülmüş işlər barədə ətraflı məlumat verib. Bildirilib ki, Mədəniyyət və Turizm Nazirliyi hər il Fransanın Paris şəhərində keçirilən Top Resa turizm sərgisində milli stendlə iştirak edir və ölkəmizin mədəniyyət və turizm potensialının təbliğ olunması məqsədilə mütəmadi olaraq Fransada müvafiq tədbirləri təşkil edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00