Gündəm
Moskva metrosunda "Quran"ı yandırdığına görə 12 neonasist mühakimə edilib
Moskva Şerbinski məhkəməsi paytaxt metrosunda "Qurani-Kərim" kitabını yandırdığına görə 12 neonasisti mühakimə edib.
İrəvanda yüzlərlə insan küçələrə çıxdı
Virtualaz bildirir ki, İrəvanda müxalifətçilərin həbsləri davam etdirilir. Bu dəqiqələrdə müxalifətçi fəallar Karo, Elmon və Simon Yexnukyanlar tutulublar.
Türkiyədə qiyamçıların ŞOK ƏMƏLİYYATI
Türkiyədə hərbi çevriliş cəhdindən sonra bir sıra maraqlı görüntülər ortaya çıxıb.
Kerri: “Türkiyəyə xəbərdarlıq edirik ki, qayda-qanunu təmin etmək məsələsində çox irəli getməsin”
Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali komissarı Federika Mogerini və ABŞ dövlət katibi Con Kerri Brüsseldə mətbuat konfransı keçiriblər.
Türkiyə parlamenti boşaldılır
Türkiyə Böyük Millət Məclisi (TBMM) təxliyə olunur.
Aram Sarqrsyan: “Sarkisyan özünü yandırır”
“Ölkəmiz müstəqilliyinin böyük hissəsini itirib və onun bərpası üçün Serj Sarkisyan bir neçə daxili siyasi prosesləri realizə etməyə cəhd göstərdi, xüsusilə absurd konstitusiya referendumunu - hansı ki, bu bizi daha da çıxılmaz dalana dirədi”. SİA xəbər verir ki, bu fikirləri Ermənistanın “Respublika” partiyasının lideri Aram Z.Sarqsyan ölkəsinin 1in.am saytına müsahibəsində deyib.
Sənədlərin Ekspertizası və Arxiv İşi üzrə Mərkəzi Ekspert Komissiyasının tərkibi dəyişdirildi
Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında Sənədlərin Ekspertizası və Arxiv İşi üzrə Mərkəzi Ekspert Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 14 may tarixli 146 nömrəli sərəncamında dəyişikliklər edilməsi barədə sərəncam imzalayıb.
Dini konfessiyaların rəhbərləri Prezident İlham Əliyevə müraciət ediblər
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Bakı və Azərbaycanın arxiyepiskopu Aleksandr, Roma Katolik Kilsəsinin Azərbaycandakı apostol prefekturasının ordinarisi Vladimir Fekete, Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Milix Yevdayev, Avropa yəhudilərinin Bakı icmasının sədri Gennadi Zelmanoviç, Alban-udi dini icmasının sədri Robert Mobili Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət ediblər.
Biləsuvarda ata oğlunu güllələdi
Biləsuvarda ata oğlunu güllələyib. “Olaylar” Daxili İşlər Nazirliyinə istinadla xəbər verir ki, iyulun 16-da Biləsuvar rayonunda yaşayan Qərib Xanhüseynov evində ailə-məişət münaqişəsi zəminində tüfəngdən atəş açaraq oğlu Xəqaniyə ayaq nahiyələrindən xəsarət yetirib.
Polisə hücum edən narkotik alverçiləri tutuldu
İyulun 15-də Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Balakən rayonunun Katex kəndində rayon sakini Akin Şabanov 315 qram marixuananı satarkən tutulub.
H.Z.Tağıyev adına NQÇİ-də xidməti sahələr təmir olunur
Ötən altı ay “Azneft” İstehsalat Birliyinin H.Z.Tağıyev adına Neft və Qazçıxarma İdarəsi üçün uğurlu dövr olmuş, xidməti sahələrin, tikililərin və binaların əsaslı təmiri istiqamətində kompleks tədbirlər görülüb.
Lənkəran və Qubada yay məktəbləri təşkil edilib
“Azərbaycan üçün öyrət” təhsil proqramı çərçivəsində həyata keçirilən yay məktəbi layihəsi davam edir. Təhsil Nazirliyindən “OLAYLAR”-a bildirilib ki, layihə çərçivəsində Lənkəran və Quba şəhərlərində 100-dən çox şagirdin iştirakı ilə yay məktəbləri təşkil olunub.
9 illik təhsil bazasında kolleclərə ixtisas seçimi başa çatır
Ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) ixtisas seçimi bu gün saat 23:59-da başa çatır.
Arzu Nağıyev: "Çevriliş cəhdində NATO zabitlərinin də əli ola bilər"
Yerevanda qiyamçılar 5 nəfəri girov saxlayır
Yerevanda polis bölməsini ələ keçirmiş silahlı dəstə hələ də 5 nəfəri girov saxlayır. Modern.az xəbər verir ki, bu barədə Ermənistan polis rəisinin 1-ci müavini Unan Poqosyan bildirib. Onun sözlərinə görə, qiyamçıların tələbi dəyişməyib. Onlar həbsdəki müxalifət lideri Jirayr Sefilyanın azad edilməsini tləb edirlər.














