İrəvanda yüzlərlə insan küçələrə çıxdı
Virtualaz bildirir ki, İrəvanda müxalifətçilərin həbsləri davam etdirilir. Bu dəqiqələrdə müxalifətçi fəallar Karo, Elmon və Simon Yexnukyanlar tutulublar.
18 İyul 2016 17:14 DünyaVirtualaz bildirir ki, İrəvanda müxalifətçilərin həbsləri davam etdirilir. Bu dəqiqələrdə müxalifətçi fəallar Karo, Elmon və Simon Yexnukyanlar tutulublar.
Sözügedən saytın məlumatına görə, xalq Azadlıq meydanına axışır və burada artıq "Ayağa qalx, Ermənistan" təşkilatının üzvləri çıxış edərək Sarkisyanın istefasını tələb ediblər. Həbs olunmuş müxalifətçilərin sayı 10 nəfəri keçib.
Eyni zamanda, polis idarəsini zəbt etmiş silahlı qrupun üzvlərindən biri Pavlik Manukyan jurnalistlərlə əlaqə saxlayaraq bildirib ki, onların yemək problemi var.
"Biz artıq bir sutkadır ki, heç nə yeməmişik, lakin buna baxmayaraq, özümüzü yaxşı hiss edirik. Sona kimi gedəcəyik - ya qələbə, ya ölüm", - o deyib.