Biləsuvarda ata oğlunu güllələdi
Biləsuvarda ata oğlunu güllələyib. “Olaylar” Daxili İşlər Nazirliyinə istinadla xəbər verir ki, iyulun 16-da Biləsuvar rayonunda yaşayan Qərib Xanhüseynov evində ailə-məişət münaqişəsi zəminində tüfəngdən atəş açaraq oğlu Xəqaniyə ayaq nahiyələrindən xəsarət yetirib.
18 İyul 2016 16:49 KriminalBiləsuvarda ata oğlunu güllələyib. "Olaylar" Daxili İşlər Nazirliyinə istinadla xəbər verir ki, iyulun 16-da Biləsuvar rayonunda yaşayan Qərib Xanhüseynov evində ailə-məişət münaqişəsi zəminində tüfəngdən atəş açaraq oğlu Xəqaniyə ayaq nahiyələrindən xəsarət yetirib. Biləsuvar Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Q.Xanhüseynov saxlanılıb, hadisəni törədərkən istifadə etdiyi "İJ-58" markalı tüfəng götürülüb. Faktla bağlı araşdırma aparılır.