H.Z.Tağıyev adına NQÇİ-də xidməti sahələr təmir olunur

Ötən altı ay “Azneft” İstehsalat Birliyinin H.Z.Tağıyev adına Neft və Qazçıxarma İdarəsi üçün uğurlu dövr olmuş, xidməti sahələrin, tikililərin və binaların əsaslı təmiri istiqamətində kompleks tədbirlər görülüb.

Ötən altı ay "Azneft" İstehsalat Birliyinin H.Z.Tağıyev adına Neft və Qazçıxarma İdarəsi üçün uğurlu dövr olmuş, xidməti sahələrin, tikililərin və binaların əsaslı təmiri istiqamətində kompleks tədbirlər görülüb. "OLAYLAR"-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, İdarənin 1 saylı neft-qaz çıxarma sexinin Qala sahəsindəki neft yığım məntəqəsində 2 ədəd 60 kubmetrlik çən əsaslı şəkildə təmir olunub, burada armatur karkas qurulmuş, qəliblənmiş və beton tökülüb. Hazırda Qala sahəsindəki neft yığım məntəqəsində daha iki 150 kubmetrlik neft çəninin təmiri davam etdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00