Türkiyə parlamenti boşaldılır
Türkiyə Böyük Millət Məclisi (TBMM) təxliyə olunur.
18 İyul 2016 17:07 DünyaTürkiyə Böyük Millət Məclisi (TBMM) təxliyə olunur.
Türkiyə mediası xəbər verir ki, TBMM-yə giriş-çıxış dayandırılıb.
Əsas qapıların qarşısında avtomobillərlə barrikadalar yaradılıb. Millət vəkillərin otaqlarının da boşaldılmasına başlanılıb.
Məlumata görə, parlament binasına bomba qoyulduğuna dair xəbər verilib. Ancaq xəbərin yalan çıxdığı bildirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00