9 illik təhsil bazasında kolleclərə ixtisas seçimi başa çatır

Ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) ixtisas seçimi bu gün saat 23:59-da başa çatır.

Ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) ixtisas seçimi bu gün saat 23:59-da başa çatır.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından  verilən məlumatda belə deyilir.

Saat 15:30-a olan məlumata əsasən, 13577 nəfər "Abituriyentin elektron ixtisas seçimi ərizəsi" formasını doldurub və təsdiq edib. 104 abituriyent isə ixtisas seçimi etməsinə baxmayaraq, elektron ərizəsini təsdiq etməyib. "Abituriyentin elektron ixtisas seçimi ərizəsi" forması yalnız təsdiq ediləndən sonra hüquqi əsasa malik olur. Müsabiqəyə yalnız qeyd olunan vaxtadək ərizəsində ixtisasları seçmiş və təsdiq etmiş abituriyentlər buraxılacaqlar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00