Gündəm
Fətullah Gülən ABŞ-dan üçüncü ölkəyə qaça bilərmi?
"ABŞ Fətullah Gülənin üçüncü ölkəyə qaçmaması üçün zəruri tədbirlər görməlidir".
KİV: Misir prezidenti ona qarşı hazırlanan sui-qəsd səbəbindən Ərəb Liqasının sammitində iştirakdan imtina edib
Misir prezidenti Əbdül Fəttah əs-Sisinin Ərəb Liqasının sammitində iştirak məqsədilə Mavritaniyaya səfəri ləğv edilib.
KİV: Türkiyə Ermənistanla sərhədlərini aça bilər
"Türkiyə Ermənistanla sərhədlərini aça bilər".
Türkiyədə 11 jurnalistin ölkədən qaçdığı məlum olub
Türkiyədə dövlət çevrilişi cəhdinə görə barələrində həbs qərarı çıxarılan jurnalistlərdən 11 nəfərinin ölkədən qaçdığı məlum olub.
Gülənin Özbəksitan planı
15 iyul tarixində Türkiyədə həyata keçirilən çevriliş cəhdi ətrafında aparılan araşdırmalar bəzi qaranlıq məqamların ortaya çıxmasına səbəb olub. “OLAYLAR”-ın xəbərinə görə, Fətullah Gülənə yaxınlığı ilə seçilən qrupun dəstəyi ilə hələ 1999-cu ildə Özbəlistanda anolji addımın atılmasına cəhd göstərilib. Məqsəd Özbəkistan Prezidenti İslam Kərimovu hakimiyyətdən devirmək olub. Həmin cəhdin arxasında isə Özbəkistandakı Gülən məktəbinin 70-ə yaxın müəllimi dayanıb.
Silahlı Qüvvələrin nümayəndələri beynəlxalq tədbirə qatılacaq
İyulun 25-dən avqustun 19-dək Gürcüstanın Saçxere şəhərində "Orta yay dağ hazırlığı" kursu keçiriləcək. “OLAYLAR”-ın xəbərinə görə, bu barədə məlumatı Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.
Hərbi Akademiyanın Təkmilləşdirmə Kursunun 51-ci buraxılışı keçirilib
Silahlı Qüvvələrin Hərbi Akademiyasının Təkmilləşdirmə Kursunun 51-ci buraxılışı keçirilib.
Turizm mövsümü perspektivli olacaqmı?
Artıq bir müddətdir ki, yay turizm mövsümünə start verilib. Ötən müddət ərzində ölkədə turizmin inkişaf etdirilməsi, Azərbaycana xarici turistlərin cəlb olunması istiqamətində görülən işlər, yaradılan şərait onu deməyə əsas verir ki, bu il turist kimi Azərbaycana təşrif buyuracaq xaricilərin sayında əvvəlki illərə nisbətən artım qeydə alınacaq.
"Azərbaycan dilinin orfoqrafiya lüğəti"ndə yer alan növbəti lazımsız sözlər: ərğənun, dımırcıqlı, laslama, dın-dın - SİYAHI
Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi "Azərbaycan dilinin orfoqrafiya lüğəti"ndə yer alan yüzlərlə yazılışı səhv, qəliz ərəb, fars və rus sözlərinin, mənası və mənbəyi bilinməyən söz və söz birləşmələrinin növbəti siyahısını açıqlayıb.
Mövlud Çavuşoğlu: "Aİ-nin Türkiyəyə göstəriş vermək haqqı yoxdur"
Avropa İttifaqının ölüm cəzasının mümkün bərpası ilə əlaqədar Türkiyəyə göstəriş vermək haqqı yoxdur.
Binəli Yıldırım: "Türkiyədə aktivlərin idarə olunması fondu yaradılacaq"
"Türkiyədə hesabında on milyardlarla dollar olan aktivlərin idarə olunması fondu yaradılacaq".
Türkiyədə dövlət çevrilişi cəhdinə görə bəzi səfirlər vəzifəsindən kənarlaşdırılacaq
"Türkiyədə Fətullahçı terror təşkilatının (FETÖ) uğursuz dövlət çevrilişi cəhdi ilə bağlı səfirlər səviyyəsində vəzifəsindən kənarlaşdırılanlar olacaq".
İrandan heroin keçirmək istədi
Astara Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin və Astara sərhəd nəzarət məntəqəsi əməkdaşlarının birgə keçirdiyi əməliyyat tədbirləri nəticəsində İran İslam Respublikasından piyada yolla gələn 2 nəfər Azərbaycan Respublikası vətəndaşı saxlanılaraq qanunvericiliyin tələblərinə müvafiq qaydada onların üzərində şəxsi yoxlama aparılıb.
FHN əməkdaşları üçün tikilən binanı istifadəyə verib
Fövqəladə Hallar Nazirliyinin sosial proqramına uyğun olaraq, cari ilin mart ayında açılışı olmuş Bakının Binəqədi rayonunun Biləcəri qəsəbəsində nazirliyin əməkdaşları üçün inşa olunmuş 12 mərtəbəli, 48 mənzilli yaşayış binalarından növbətisi istifadəyə verilib. Bu barədə nazirlikdən verilən məlumata görə, mərasimdə fövqəladə hallar nazirinin müavinləri tibb xidməti general-leytenantı Faiq Tağı-zadə və general-leytenant Etibar Mirzəyev iştirak edib.
Referendumla bağlı bəzi qanunlarda dəyişiklik olacaq
“Milli Məclisin ilk komitə iclası sentyabr ayının 1-dən başlayacaq. Hələ ki, ilk olaraq hansı komitənin iclasının keçiriləcəyi tam dəqiq deyil”. Bu barədə deputat Vahid Əhmədov məlumat verib.














