İrandan heroin keçirmək istədi

Astara Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin və Astara sərhəd nəzarət məntəqəsi əməkdaşlarının birgə keçirdiyi əməliyyat tədbirləri nəticəsində İran İslam Respublikasından piyada yolla gələn 2 nəfər Azərbaycan Respublikası vətəndaşı saxlanılaraq qanunvericiliyin tələblərinə müvafiq qaydada onların üzərində şəxsi yoxlama aparılıb.

Astara Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin və Astara sərhəd nəzarət məntəqəsi əməkdaşlarının birgə keçirdiyi əməliyyat tədbirləri nəticəsində İran İslam Respublikasından piyada yolla gələn 2 nəfər Azərbaycan Respublikası vətəndaşı saxlanılaraq qanunvericiliyin tələblərinə müvafiq qaydada onların üzərində şəxsi yoxlama aparılıb. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, yoxlama zamanı həmin şəxslərdən birinin daxili orqanından 1 ədəd bükümdə xalis çəkisi 9.606 qram, digərindən isə 2 bükümdə xalis çəkisi 83.418 qram təşkil edən narkotik vasitə - heroin aşkar olunaraq götürülüb. Hər iki faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31