Binəli Yıldırım: "Türkiyədə aktivlərin idarə olunması fondu yaradılacaq"
"Türkiyədə hesabında on milyardlarla dollar olan aktivlərin idarə olunması fondu yaradılacaq".
25 İyul 2016 14:09 Dünya"Türkiyədə hesabında on milyardlarla dollar olan aktivlərin idarə olunması fondu yaradılacaq".
Bu sözləri Türkiyə baş naziri Binəli Yıldırım "Bloomberg" agentliyinə müsahibəsində deyib.
"Fond genişmiqyaslı layihələri maliyyələşdirəcək. İnvestisiyaları büdcə əvəzinə bu fondla maliyyələşdirmək istəyirik", - deyə B.Yıldırım bildirib.
Baş nazir, həmçinin hökumətin iqtisadi artımın təmin edilməsində Türkiyə banklarının fəal rolunu gözlədiyini qeyd edib.
B.Yıldırım daxili bankların diqqətini iqtisadi artım istiqamətində kredit sisteminə yönəltmək niyyətində olduğunu vurğulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00