Hərbi Akademiyanın Təkmilləşdirmə Kursunun 51-ci buraxılışı keçirilib
Silahlı Qüvvələrin Hərbi Akademiyasının Təkmilləşdirmə Kursunun 51-ci buraxılışı keçirilib.
25 İyul 2016 14:30 SosialSilahlı Qüvvələrin Hərbi Akademiyasının Təkmilləşdirmə Kursunun 51-ci buraxılışı keçirilib. "OLAYLAR"-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, mərasimdə ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azad edilməsi uğrunda şəhid olmuş zabit və əsgərlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Silahlı Qüvvələrin Hərbi Akademiyasının rəisi general-leytenant Heydər Piriyev Müdafiə naziri general-polkovnik Zakir Həsənovun adından buraxılış münasibətilə zabitləri təbrik edib. Sonda məzunlara sertifikatlar təqdim olunub və xatirə şəkli çəkdirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00