KİV: Misir prezidenti ona qarşı hazırlanan sui-qəsd səbəbindən Ərəb Liqasının sammitində iştirakdan imtina edib

Misir prezidenti Əbdül Fəttah əs-Sisinin Ərəb Liqasının sammitində iştirak məqsədilə Mavritaniyaya səfəri ləğv edilib.

Misir prezidenti Əbdül Fəttah əs-Sisinin Ərəb Liqasının sammitində iştirak məqsədilə Mavritaniyaya səfəri ləğv edilib.

"RİA Novosti" xəbər verir ki, buna səbəb prezidentin həyatına sui-qəsd ediləcəyi ilə bağlı informasiyanın əldə olunmasıdır.

Bu, bir sıra terror təşkilatları tərəfindən Misir dövlət başçısına qarşı hazırlanan ilk sui-qəsd cəhdi deyil.

Qeyd edək ki, Ərəb Liqasının sayca 27-ci sammiti bu gün Mavritaniyanın paytaxtı Nuakşotda açılıb. Sammitdə Misiri baş nazir Şerif İsmayıl təmsil edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00