Gündəm

Bir turist Azərbaycanda nə qədər pul xərcləyir?

27 İyul 2016 14:03

Beynəlxalq Turizm Agentliyinin araşdırmalarına görə, 1 turist 1 həftə ərzində 500-1000 dollar arasında vəsait xərcləyir.

“Rusiyada 220 potensial kamikadze var”

27 İyul 2016 13:57

Rusiya Federal Təhlükəsizlik Xidməti ölkədə 220-dən artıq potensial kamikadzenin olduğunu müəyyən edib.

Xaricdən gələn hər bir turist ölkə üçün gələn valyuta mənbəyidir

27 İyul 2016 13:55

Bir qayda olaraq parlamentin yay tətili müddətində millət vəkilləri öz seçiciləri ilə yaxından təmasda olaraq onların qayğıları, problemləri ilə maraqlanır, həmin problemlərin həlli istiqamətində müvafiq qurumlar qarşısında məsələ qaldırırlar. Qusar rayonundan Milli Məclisə deputat seçilmiş Azər Badamov da parlamentin yay tətili müddətində seçiciləri ilə mütəmadi görüşlər keçirərək onların qayğıları ilə maraqlanır. “OLAYLAR”-a verdiyi müsahibədə Azər Badamov seçicilərlə keçirdiyi görüşlərdə onların qaldırdıqları məsələlər, həmin məsələlərin həlli istiqamətində atılan addımlar barədə danışıb. Millət vəkili deputat seçildiyi rayonda turizmin inkişaf etdirilməsi istiqamətində görülən işlər, ümumilikdə ölkəmizin turizm potensialı, mövcud imkanlar barədə də danışıb.

Dövlət əmlakının özəlləşdirilməsinin elektron üsulu

27 İyul 2016 13:53

Ölkə başçısı tərəfindən 19 iyul tarixində dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və idarə edilməsinin səmərəliliyinin artırılması ilə bağlı fərmanl imzalanıb. Sənəddə aidiyyatı qurumlara özəlləşdirmə prosesində səmərəliliyin və şəffaflığın təmin edilməsi, korporativ idarəetmənin tətbiqi, müəssisələrin restrukturizasiyası və modernləşdirilməsi, müvafiq özəlləşdirmə prosedurlarının elektron üsullarla gerçəkləşdirilməsi barədə konkret tapşırıqlar verilib.

"Gürcüstan hakimiyyəti azərbaycanlıları sıxışdırır" - Deputat

27 İyul 2016 13:50

Gürcüstanda azərbaycanlıların Elat bayramını keçirməsinə əngəl törədilib. İllərdir qeyd edilən bayramın əngəllənməsi soydaşlarımızın etirazına səbəb olub.

Erməni əsgərin anası: "Ermənistanda əsgər qalmayacaq"

27 İyul 2016 13:49

"Ermənistanda əsgər qalmayacaq, tezliklə hamısını qətlə yetirəcəklər". Bunu qeyri-müəyyən şəraitdə qətlə yetirilən erməni əsgərin anası danışıb.

Türkiyə-Suriya sərhədində güclü partlayış: 31 ölü, 170 yaralı var

27 İyul 2016 13:48

Publika.az xəbər verir ki, Suriya dövlət televiziyası Suriyanın şimalındakı Haseke vilayətinin Qamışlı rayonunda, Hilal qovşağı yolunda baş vermiş partlayışda ölənlərin sayının 31, yaralananların isə 170 olduğunu xəbər verib.

Türkiyə parlamenti dövlət çevrilişinə cəhdi araşdıracaq

27 İyul 2016 13:46

Türkiyə Böyük Millət Məclisi iyulun 15-də ölkədə baş vermiş dövlət çevrilişi cəhdinin araşdırılması üçün komissiya yaradacaq.

Dünya Bankı Azərbaycanda problemli kreditlərlə də məşğul olacaq

27 İyul 2016 13:42

Dünya Bankı (DB) Azərbaycanın bank sektorunda problemli kreditlərin sayını azaltmaq üçün ölkə hökuməti ilə işləyir.

İrəvanda qiyamçılar həkimləri girov götürdülər

27 İyul 2016 13:41

İrəvanın Erebuni rayonunda post-patrul xidməti alayının binasını ələ keçirən silahlılar təcili tibbi yardım briqadasını girov götürüb.

Yavər Camalov Şirvanda partlayışda ölən şəxslərin dəfn mərasiminə qatılıb

27 İyul 2016 13:39

Müdafiə sənayesi naziri Yavər Camalov Şirvan “Araz” zavodunda baş vermiş hadisə nəticəsində xəsarət alan, Şirvan Şəhər Mərkəzi Xəstəxanasına və Diaqnostika Mərkəzinə yerləşdirilən yaralıları ötən gün ziyarət edib və səhhətləri ilə maraqlanıb.

Ölkə üzrə 28 MMMC yaradılıb

27 İyul 2016 13:34

2016-cı ilin II rübündə Bakı şəhərinin Yasamal rayonunda 2, Binəqədi, Nərimanov və Səbail rayonlarının hər birində 1 və Abşeron rayonunda 1 Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti (MMMC) yaradılaraq dövlət qeydiyyatından keçib.

“Multikulturalizm, tolerantlıq və dini radikalizmlə mübarizə yolları” müzakirə edilib

27 İyul 2016 13:32

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Quba rayonu Amsar kəndində “Multikulturalizm, tolerantlıq və dini radikalizmlə mübarizə yolları” mövzusunda tədbir keçirilib.

Ov bıçağını qanunsuz keçirmək istədi

27 İyul 2016 13:25

Moskva-Gəncə aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşı gömrük nəzarətindən keçərkən, onun baqajına rentgen aparatı vasitəsi ilə baxış keçirilib.

Nazir Qəbələdə vətəndaşlarla görüşəcək

27 İyul 2016 13:24

Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə iyulun 29-da saat 1200 da Qəbələ şəhərində vətəndaşlarla görüş keçirəcək.