Ov bıçağını qanunsuz keçirmək istədi
Moskva-Gəncə aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşı gömrük nəzarətindən keçərkən, onun baqajına rentgen aparatı vasitəsi ilə baxış keçirilib.
27 İyul 2016 13:25 SosialMoskva-Gəncə aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşı gömrük nəzarətindən keçərkən, onun baqajına rentgen aparatı vasitəsi ilə baxış keçirilib. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, baxış zamanı monitorda bıçağın təsvirləri əks olunduğuna görə müvafiq qanunvericiliyə uyğun olaraq təkrar yoxlama aparılıb.Yoxlama zamanı sərnişinə məxsus çantanın içərisindəki şəxsi əşyaların arasından gömrük nəzarətinə təqdim olunmayan 1 ədəd ov bıçağı aşkar olunaraq götürülüb. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00