Nazir Qəbələdə vətəndaşlarla görüşəcək

Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə iyulun 29-da saat 1200 da Qəbələ şəhərində vətəndaşlarla görüş keçirəcək.

Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə iyulun 29-da saat 1200 da Qəbələ şəhərində vətəndaşlarla görüş keçirəcək. Bu barədə nazirlikdən "Olaylar"a verilən məlumata görə, R.Quluzadə Qəbələ, Şəki, Oğuz, Qax, Zaqatala, Balakən rayonlarında yaşayan əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edəcək. Vətəndaşlardan "[email protected]" elektron poçt ünvanı, 1655 "Çağrı Mərkəzi", 012 598 38 18 nömrəli telefon vasitəsi ilə (regionlardan edilən zənglər pulsuzdur) əlaqə saxlayıb qəbula yazılmaları xahiş olunur.Eyni zamanda, qəbula gəlmək istəyən vətəndaşlar zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00