“Rusiyada 220 potensial kamikadze var”

Rusiya Federal Təhlükəsizlik Xidməti ölkədə 220-dən artıq potensial kamikadzenin olduğunu müəyyən edib.

Rusiya Federal Təhlükəsizlik Xidməti ölkədə 220-dən artıq potensial kamikadzenin olduğunu müəyyən edib.

Rusiya KİV-i xəbər verir ki, bu barədə Xidmətin direktoru Dmitri Bortnikov məlumat verib.

"Hazırda Federal Təhlükəsizlik Xidməti "canlı bomba"ların aşkar olunması və onları yönləndirən şəxslərin tutulmaslı istiqamətində geniş iş aparır".

Bortnikov 260-dan artıq terrorçunun beynəlxalq axtarışa verildiyini də diqqətə çatıdıb.

Rusiya xüsusi xidmət orqanları İraq, Suriya və Əfqanıstanda 2900-dən artıq Rusiya vətəndaşının döyüşdüyünü də müəyyənləşdirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00