Gündəm
Azərbaycanda yeni turizm zonaları yaradılır
Azərbaycan Nazirlər Kabinetinin Xızı-Xaçmaz, Quba, Qusar turizm və rekreasiya zonalarının yaradılması haqqında qərar verib.
Bu il 65 insan alveri qurbanına yardım göstərilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən insan alveri qurbanlarına müvafiq yardımlar göstərilib.
ŞOK İDDİA: bu futbolçular mükafatlarını FETÖ-ya verdilər
Dünyanın nəhs günü: on min illik sirr
Bölgədə üçtərəfli əməkdaşlıq formatının əsası qoyulub
Azərbaycan, İran və Rusiya prezidentlərinin Zirvə görüşü Bakı bəynnaməsinin imzalanması ilə başa çatdı. Bəyənnamədə əksini tapmış fikirlər deməyə əsas verir ki, üç dövlət başçısı müzakirələr zamanı regionun təhlükəsizliyi üçün əhəmiyyət kəsb edən bütün məsələlərə toxunublar.
Ərdoğan-Putin görüşü nə vəd edir?
Nəhayət ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putinin uzun müddətdən bəri gözlənilən ğörüşü baş tutdu. Belə ki, Rusiyanın Sankt-Peterburq şəhərində Rusiya və Türkiyə prezidentləri arasında görüş keçirilib. Prezidentlər Vladimir Putun və Rəcəb Tayyib Ərdoğan məlum təyyarə insidenti ilə korlanmış ikitərəfli əlaqələrin bərpasından sonra ilk dəfə bir araya gəliblər.
Bəzi vergi yoxlamaları bərpa oluna bilər
Azərbaycan Respublikası Prezidentinin imzaladığı “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında” sərəncam icra olunmaqdadır. Vergilər naziri Fazil Məmmədov nazirliyin sözügedən sərəncamın icrası məqsədilə keçirdiyi kollegiya iclasında bildirib ki, həmin sənəddə 2016-cı ildə vergi sahəsində aparılacaq islahatların əsas istiqamətləri təsdiq edilib.
Güclü dövlət, uğurlu siyasət, kamil millət xoş gələcəyimizdir
Günümüzdə qadınların ictimai-siyasi həyatda rolu, ölkədə gedən bu və ya digər proseslərdə yaxından iştirakı kimi müsbət tendensiya müşahidə edilməkdədir. Bu gün Azərbaycanda qadınların nəinki seçib-seçilmək hüququ, hətta mərkəzi və yerli icra hakimiyyətlərində təmsil olunmaq, yüksək post tutmaq imkanları da var. İstər parlamentdə, istər bu və ya digər dövlət qurumlarında çoxlu sayda qadınlar təmsil olunur.
Elektron informasiya sisteminə 1,2 milyon dəfədən çox müraciət edilib
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əmək müqaviləsi bildirişləri üzrə elektron informasiya sisteminə müraciətlərin sayı cari ilin iyul ayında əvvəlki iyun ayı ilə müqayisədə 9,6 faiz artaraq 143 612-yə çatıb.
İrana səfər edən Bakcell abunəçiləri üçün fürsət: 1 MB internet = 1 qəpik
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti 1 MB = 1 qəpik kampaniyasının aktiv olduğu ölkələrin siyahısını genişləndirməyə davam edir.
Azercell-dən rominqdə olanlar üçün endirimli vahid qiymət
Azərbaycan mobil rabitə bazarının lideri Azercell Telekom yay ayları ərzində səyahətə çıxmaq istəyənlər üçün sərfəli rominq qiymətlərini təklif etməkdə davam edir. Belə ki, Azercell abunəçiləri rominq xidməti çərçivəsində vahid endirimli tariflə ünsiyyət saxlaya biləcəyi ölkələrin siyahısı daha da artıb:
Ordumuzun beynəlxalq nüfusu artır
Azərbaycan ordusu təkcə Ernənistanın silahlı qüvvələri iləmüqayisədə deyil, eləcə də beynəlxalq ordu oyunlarında da üstün olduğunu dəfələrlə sübut edib. Belə ki, "Beynəlxalq Ordu Oyunları - 2016" yarışları çərçivəsində keçirilən "Tank biatlonu" müsabiqəsində iştirak edən Azərbaycan tankçıları müsabiqənin növbəti mərhələsində bütün hədəfləri məhv edərək yarımfinala vəsiqə qazanıblar.
Gənclərin vətənpərvər ruhda tərbiyyəsi
Azərbaycanda gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi və milli mənlik şüurunun inkişafı istiqamətində kifayət qədər tədbirlər həyata keçirilir. Belə tədbirlər respublikamızın bütün bölgələrini əhatə edir.
Gənc nəslin əxlaq tərbiyəsi sahəsində məktəbin qarşısında duran ən mühüm vəzifələrdən biri hərbi-vətənpərvərlik tərbiyəsidir
Gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik hisslərinin artırılması istiqamətində təbliğat, maarifləndirmə işlərinin aparılması zəruridir. Ona görə də gənclərdə milli mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik hisslərinin artırılması tarixin bütün dövrlərində ən ümdə və vacib məsələrdən biri hesab edilib.














