Ərdoğan-Putin görüşü nə vəd edir?

Nəhayət ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putinin uzun müddətdən bəri gözlənilən ğörüşü baş tutdu. Belə ki, Rusiyanın Sankt-Peterburq şəhərində Rusiya və Türkiyə prezidentləri arasında görüş keçirilib. Prezidentlər Vladimir Putun və Rəcəb Tayyib Ərdoğan məlum təyyarə insidenti ilə korlanmış ikitərəfli əlaqələrin bərpasından sonra ilk dəfə bir araya gəliblər.

Türkiyə-Rusiya yaxınlaşması regional münaqişələrin həllinə müsbət təsir göztərəcək 
 

Nəhayət ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putinin uzun müddətdən bəri gözlənilən ğörüşü baş tutdu. Belə ki, Rusiyanın Sankt-Peterburq şəhərində Rusiya və Türkiyə prezidentləri arasında görüş keçirilib. Prezidentlər Vladimir Putun və Rəcəb Tayyib Ərdoğan məlum təyyarə insidenti ilə korlanmış ikitərəfli əlaqələrin bərpasından sonra ilk dəfə bir araya gəliblər. Mətbuata sızmış məlumata görə, tərəflər aradakı soyuqluq nəticəsində geriləmə qeydə alınmış bütün sahələr üzrə konstruktiv müzakirələr aparıblar. Elə prezidentlər mətbuat üçün verdikləri açıqlamada da məmnun görünürdülər. Görünür, dövlət başçıları qısa müddət ərzində təkcə ürəklərini boşaltmayıblar, həm də bir-birlərini anlamağa çalışıblar. Xatrıladq ki, rusiyalı hmkarı ilə görüşdə Terkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Terkiyə- Rusiya-Azərbaycan formatının yaradılması təşəbbüsü ilə çıxış edib. Odur ki, bu görüşün Azərbaycan üçün də maraqlı olması xüsusi əhəmiyyət daşıyır. Bəs, ümumiyyətlə Ərdoğan-Putin görüşündən gəzləntilər nədən ibarətdir, Türkiyə-Rusiya yaxınlaşması beynəlxalq və regional münaqişələrin həllinə necə təsir göztərəcək? 
Beynəlxalq aləmdə birmənalı qarşılanmayan görüşdən sonra Türkiyə və Rusiya prezidentlərinin verdikləri açıqlamalar deməyə əsas verir ki, hər iki ölkə ikitərəfli münasibətlərin bərpa olunmasında maraqlıdır. Hətta bu xoş münasibətlərin uzun müddətə hesablandığını da demək mümkündür. Rusiya prezidenti Vladimir Putin deyib ki, ölkəsi Türkiyə ilə ikitərəfli münasibətlərin tam bərpa olunmasında maraqlıdır, yaxın zamanlarda 2019-cu ilə qədər əməkdaşlığın orta müddətli proqramı işlənib hazırlanacaq. Digər məsələ ondan ibarətdir ki, Ərdoğan Rusiyaya səfər etməklə rəsmi Moskvadan siyasi dəstək əldə edə bildi. Belə ki, Vladimir Putin Ərdoğanın rəhbərliyi altında Türkiyə xalqının vəziyyətdən çıxacağına inam ifadə edib. Bildirib ki, Rusiya Konstitusiyaya zidd istənilən addımın əleyhinədir. O, Türkiyədə dövlət çevrilişinə cəhddən sonra Türkiyə prezidentinə zəng edən ilk liderlərdən olduğunu xatırladıb: "Biz hər cür dövlət çevrilişinə qarşıyıq. Sizin rəhbərliyiniz altında Türkiyə xalqının bu vəziyyətdən çıxacağına inanırıq". Ekspertlər hesab edirlər ki, Türkiyənin çətin günlərində Rusiyaya gerçəkləşdirdiən səfər iki ölkə arasında əlaqələrin normallaşmasında stimul rolunu oynayacaq. Belə vəsiyyət isə Rusiya və Türkiyə xalqlarının marağını ifadə edir. Politoloq Elxan Şahinoğlu bildirib ki, bu görüşdən sonra iki ölkə arasında dondurulmuş buzlar əriməyə başlayacaq: " Heç şübhəsiz ki, prezidentlərin görüşündən sonra bir il öncəki münasibətlər bərpa olacaq: "Xüsusən "Türk axını"na yaşıl işıq yandırılacaq ki, Rusiya qazı Türkiyə üzərindən nəql olunsun. Rusiya Türkiyədə Nüvə Elektrik Mərkəznin tikintisinə başlayacaq. Rusiyalı turistlərin Türkiyəyə gəlməsi sadələşdiriləcək. Türkiyə tikinti şirkətləri Rusiyada yenidən tenderlərdə iştirak edəcək. Hətta bir az daha irəli gedilə bilərlər. Ərdoğanın ən böyük hədəfi Türkiyə-Rusiya ticarət dövriyyəsini 100 milyard dollara çatdırmaqdır. Putin bu hədəfə dəstək verə bilər". Politoloq hesab edir ki, Türkiyə-Rusiya münasibətlərinin yaxınlaşmasının Azərbaycana və Cənubi Qafqaza da müsbət təsiri olacaq. Çünki, Türkiyə-Rusiya münasibətləri gərgin olduqda bu Azərbaycana da mənfi təsir edirdi. Türkiyə strateji müttəfiqimiz, Rusiya tərəfdaşımızıdır. İndiki durum Cənubi Qafqazda müsbət fon yaradacaq. Bu münasibətlərin istiləşməsi avtomatik Dağlıq Qarabağ münaqişəsinin həllinə də müsbət təsir göstərəcək". Millət vəkili Aydın Mirzəzadə deyib ki, bir müddət əvvəl Rusiya hərbi təyyarəsinin vurulması nəticəsində iki ölkə arasında gərginlik yaşandı, bir sıra sahələrdə məhdudiyyətlər qoyuldu: "Soyuq münasibətlər regiondakı proseslərə də təsir edir. Rusiya və Türkiyə rəhbərlərinin görüşü münasibətlərin yaxşılaşdırılması məqsədi daşıyır. Yəqin ki, soyuqluğun bir daha yaşanmaması üçün müəyyən addımların atılması da müzakirə edilib. Bu görüşlə bağlı Azərbaycanın da özünün maraqları var. Çünki Türkiyə Dağlıq Qarabağ məsələsində Azərbaycanın mövqeyini dəstəkləyir, müdafiə edir, qardaşlıq və dostluq münasibəti göstərir. Düşünürəm ki, nə qədər çox dövlət, nə qədər çox tərəf və qüvvələr məsələnin həll olunmasında maraqlı olduqlarını nümayiş etdirsələr, problem də bir o qədər tez həll olar ". Politoloq Elşən Manafovun sözlərinə görə, Türkiyə və Rusiya prezidentlərinin görüşündən sonra qarşılıqlı anlaşma, mənfəət prinsiplərinə istinad edilərək, rus təyyarəsinin vurulmasından sonra yaranan problemlərin həlli yönündə konkret addımlar atılacaq və siyasi iradə nümayiş etdiriləcək: "Məhz rus təyyarəsinin vurulmasından sonra Rusiyanın Türkiyəyə tətbiq etdiyi müəyyən sanksiyalar aradan qaldırılsa belə, Türkiyənin biznes və əsasən də turizm sektorunda itirdiyi 3 milyard dollar oldu ki, bu da çox ciddi faktordur. Digər tərəfdən, tikinti sektoru və Rusiyanın kənd təssərrüfat bazarlarının türk iş adamlarının üzünə bağlanması da onların maraqlarına cavab vermirdi. Amma daha çox maraq doğuran məsələ isə Türkiyədə baş verən dövlət çevrilişinə cəhd və Rusiyanın bu cəhdə Ərdoğan iqtidarının yanında olması, bunu antikonstitusion hal kimi qiymətləndirməsi, ən əsası isə Qərbdən fərqli olaraq Rusiyanın bu məsələyə ikili standartlardan yanaşmaması diqqəti cəlb edir". Politoloqun sözlərinə görə, Rusiya Qərbdən fərqli olaraq Türkiyəyə daha səmimi mövqe nümayiş etdirib: "Hətta İranın "Fars" agentliyi belə bir məlumat yaymışdı ki, çevriliş olacağı ilə bağlı məlumatı Ərdoğan iqtidarına Kreml ötürüb. Maraqlısı odur ki, bu məlumatlar yayılandan sonra Kreml bunu təkzib etmədi. Bu görüşdə isə Putin Türkiyəyə siyasi dəstək verdiyini açıq-aşkar ifadə etdi. Güman ki, Türkiyə iqtidarı da anladı ki, Rusiyanın sərgilədiyi mövqe Qərblə müqayisədə daha səmimidir". Siyasi ekspertlərin ümumi qənaəti ondan ibarətdir ki, Türkiyə ilə Rusiyanın yaxınlaşması Suriya məsələsinin də həllinə müsbət təsir göstərə bilər. 

Alim 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31