Gündəm
Sosial şəbəkədə gənc qızı şantaj edən bakılı oğlan tutuldu
Sosial şəbəkədə gənc qızı şantajla hədələyən Bakı sakini tutulub.
FETÖ-nun Türkiyədən qaçmaq istəyən 219 üzvü sərhəddə saxlanılıb
"Türkiyədə dövlət çevrilişinə cəhddən sonra Fətullahçı terror təşkilatının (FETÖ) 219 üzvü ölkədən qaçarkən sərhəddə tutulub".
Azərbaycan və Rusiya Qafqazda bəbir populyasiyasının bərpası üçün yasaqlıq yaradacaq
Azərbaycan və Rusiya Qafqazda bəbir populyasiyasının bərpası üçün yasaqlıq yaradacaq.
SOCAR daha 3 yataqda yeni quyular qazmağa başlayıb
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Kompleks Qazma İşləri Tresti “Pirallahı-dəniz”, “Səadan” və “Darvin bankası” yataqlarında yeni quyular qazmağa başlayıb.
Olimpiadada yarışacaq yığmalarımızın kapitanları müəyyənləşdi
Bakı Şahmat Olimpiadasında iştirak edəcək Azərbaycan komandalarının kapitanları müəyyənləşib.
Vətəndaş cəmiyyətləri gənclərin döyüş ruhunu artırır
Bu gün qloballaşan dünyada hər bir ölkənin milli-mənəvi dəyərlərinin qorunaraq gələcək nəsillərə çatdırılması, nəticə etibarilə gənclərin vətənpərvərlik hissinin artırılması olduqca əhəmiyyət kəsb edir. Bu baxımdan gənclər arasında vətənpərvərliyin təbliği zərurəti yaranır ki, burada Qeyri-Hökumət Təşkilatlarının üzərinə böyük məsuliyyət düşür. Sirr deyil ki, ölkədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının böyük əksəriyyəti gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik hisslərinin artırılması istiqamətində məqsədyönlü işlər görürlər.
ABŞ-da yaşayış binasında partlayış - 20 yaralı
ABŞ-ın Merilend ştatında yaşayış bunasında partlayış və yanğın baş verib. Trend "FOX 5 DC" telekanalına istinadən xəbər verir ki, hadisə nəticəsində 20 insan yaralanıb.
Tramp Barak Obamanı "İslam dövləti"nin yaradıcısı adlandırıb
Respublikaçılar partiyasından ABŞ prezidentliyinə namizəd milyarder Donald Tramp prezident Barak Obamanı "İslam dövləti" terror təşkilatının yaradılmasında ittiham edib.
Kür və Araz çayında növbəti monitorinq keçirilib
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə avqust ayının birinci ongünlüyü üçün növbəti monitorinq keçirib.
Hansı ölkə terrorçulardan daha çox qorxur? SORĞU
Əsasən Rusiya, Türkiyə və Macarıstan əhalisi digər ölkə xalqlarından fərqli olaraq real terror təhlükəsindən ehtiyat edir. SİA xəbər verir ki, bu barədə Ipsos sorğu şirkətinin apardığı araşdırma nəticəsində bəlli olub. Ruslar, türklər və macarlar qaçqınların onların ölkəsinə sığınarklən bu ad altında terrorçuların da sızma ehtimalı olduğu qənaətindədirlər. Belə ki, Türkiyədə qaçqın adı altında terrorçuların bu ölkəyə sızma ehtimalı 83 % civarında ölçülür. Rusiyada 77, Macarıstanda isə 72% əhali terrorçu təhlükəsindən qorxur.
Doğuş zamanı inanılmaz hadisə Həkimlər şoka düşdü- VİDEO
Türkiyədə tibb aləmi üçün nadir hesab edilən hadisə baş verib.
Pərvin Abıyevadan coşğun rəqs VİDEO
Gənc aktrisa Pərvin Abıyeva "İnstagram” bloqunda videosunu paylaşıb. Aktrisa bugünlərdə Antalyada istirahəti zamanı rəqs edərkən çəkilən video-görüntülərini izləyiciləri ilə bölüşüb.
Erməni mətbuatı: “Rusiya hakimiyyəti Ermənistana etinasız yanaşır” İTTİHAM
“Serj Sarkisyanın Moskvaya səfəri çərçivəsində onun Putinlə apardığı danışıqlarda Ermənistana göndərilməli olan 200 milyon dollar dəyərindəki silahlar ətrafında yaranmış problem həllini tapmadı. Bununla yanaşı, sözügedən mövzu nəyinki erməni-rus, eləcə də Rusiyanın Qafqaz siyasətində həlledici xarakteristikasını bəlli etdi”.SİA xəbər verir ki, bu barədə Ermənistanın birinci kanalının saytında (1in.am) verilən analitik yazıda vurğulanır.
ABŞ demokratlarının akkauntları dağıdıldı Rusiya ittiham olunur
Hakerlər ABŞ-ın Demokratlar partiyasınn serverinə hücum edərək, 100 poçt akkauntunu sındırıb. SİA xəbər verir ki, bu barədə New York Times hadisə ilə bağlı məlumatlı şəxslərin tanıdıqlarına istinadən yazır. Nəşrin suallarını cavablandıranla vurğulayırlar ki, saytın dağıdılması daha öncə ehtimal olunanlardan daha ciddidir. Belə ki, daha öncə bildirilirdi ki, hakerlər demokratların Konqresə və Milli demokratik komitəsinə (partiyanın əsas orqanı), o cümlədən, Hillari Klintonun seçki ştabının analitik proqramına yol tapıblar.
Sabah havanın maksimum temperaturu 42 dərəcə olacaq
Sabah Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq.














