Olimpiadada yarışacaq yığmalarımızın kapitanları müəyyənləşdi
Bakı Şahmat Olimpiadasında iştirak edəcək Azərbaycan komandalarının kapitanları müəyyənləşib.
11 Avqust 2016 13:22 İdmanBakı Şahmat Olimpiadasında iştirak edəcək Azərbaycan komandalarının kapitanları müəyyənləşib. Məlumata görə, kişi şahmatçılardan ibarət əsas millidə kapitan Aleksey Dreyev olacaq. Rusiya yığmasının heyətində (1992,1994 və 1996-cı illər) üç dəfə olimpiya çempionu olan Dreyev 1997 və 2005-ci illərdə komandalar arasında dünya çempionatının qalibi adını qazanıb.
Əslən Bakıdan olan İsrail şahmatçısı Emil Sutovski və Azər Mirzəyev müvafiq olaraq kişi şahmatçılardan ibarət ikinci və üçüncü komandalara kapitan təyin olunublar.
Qadınların əsas komandasına Fikrət Sideifzadə rəhbərlik edəcək. Sərxan Quliyevlə Rəsul İbrahimov ikinci və üçüncü yığmalarda çalışacaqlar.
Qeyd edək ki, hazırda əsas yığma komandalar Qəbələdə son hazırlıq mərhələsində iştirak edir.