Güclü dövlət, uğurlu siyasət, kamil millət xoş gələcəyimizdir

Günümüzdə qadınların ictimai-siyasi həyatda rolu, ölkədə gedən bu və ya digər proseslərdə yaxından iştirakı kimi müsbət tendensiya müşahidə edilməkdədir. Bu gün Azərbaycanda qadınların nəinki seçib-seçilmək hüququ, hətta mərkəzi və yerli icra hakimiyyətlərində təmsil olunmaq, yüksək post tutmaq imkanları da var. İstər parlamentdə, istər bu və ya digər dövlət qurumlarında çoxlu sayda qadınlar təmsil olunur.

Əvvəli avqustun 4 sayımızda

Günümüzdə qadınların ictimai-siyasi həyatda rolu, ölkədə gedən bu və ya digər proseslərdə yaxından iştirakı kimi müsbət tendensiya müşahidə edilməkdədir. Bu gün Azərbaycanda qadınların nəinki seçib-seçilmək hüququ, hətta mərkəzi və yerli icra hakimiyyətlərində təmsil olunmaq, yüksək post tutmaq imkanları da var. İstər parlamentdə, istər bu və ya digər dövlət qurumlarında çoxlu sayda qadınlar təmsil olunur.

Sabiq millət vəkili, tədqiqatçı alim, hüquq elmləri üzrə fəlsəfə doktoru Cahangir Hüseynovun bu günlərdə nəşrə hazırlanan "Fikir və düşüncələrim" adlı kitabında da bu mövzuya xüsusi yer ayrılıb. Aprel döyüşlərində həlak olmuş şəhidlərin ruhuna ithaf olunmuş kitabda gender bərabərliyi və gender mədəniyyəti haqqında fikirlərini oxucuları ilə bölüşən sabiq millət vəkili Cahangir Hüseynov qeyd edir ki, kişi və qadınların müxtəlif xidmət sahələrində bölünməsində qeyri-müvafiqliyi izah edən geniş yayılmış fikirlərdən biri də insan kapitalının qiymətləndirilmə prinsipinə əsaslanır. Cahangir Hüseynovun sözlərinə görə, bu prinsipə əsasən, fərdin öz işinin əvəzində aldığı mükafat onun təhsilə və professional hazırlığa qoyduğu sərmayədən asılı olur: "Hesab olunur ki, qadınlar daha az qazanır, ona görə ki, onların bacarığı daha azdır, onlar daha aşağı təhsil almışlar. Yaxud daha az təcrübəyə malikdirlər və nəticədə daha aşağı qiymətə malik işçidirlər. Azərbaycan cəmiyyətinin nümunəsində həmin qeyri-mütənasibliyi göstərmək mümkündür. Dövlət Statistika Komitəsinin apardığı araşdırmalara əsasən, tibbi fakültə tələbələrinin 84,8 %-i, pedaqoji fakültədə 95,6 və iqtisadiyyat fakültələrinin 50 %-ni qızlar təşkil edir. Karyera etmək istəyən qadınlar çox vaxt "şüşə tavan" hadisəsi ilə üzləşir. Bu metafora təşkilatlarda sanki qadının ondan o yana yüksələ bilmədiyi gözəgörünməz tavanın olması faktını ifadə edir. Bu termin ilk dəfə Birləşmiş Ştatların əmək naziri Linn Martin tərəfindən təklif olunmuşdu və təşkilatların daxilində "şüşə tavan"ı kvalifikasiyalı işçilərin vəzifə pilləsi ilə

irəliləməsinə və öz təşkilatlarında rəhbər vəzifə tutmasına imkan verməyən süni maneə kimi izah edirdi. Eyni zamanda kvalifikasiyalı qadın və azlıq nümayəndələri çox vaxt həmin tavanın altında qalaraq oradan digərlərinin vəzifə pilləsi ilə necə irəlilədiyini müşahidə edirdi. Bir vaxt vardı ki, psixoloqlar qadının onu rəhbər vəzifə üçün yararsız edən şəxsi cizgilərə və şablon davranışa malik olduğu və məhz buna görə də yüksək vəzifələrdə qadınların az olması fikrinə tərəfdar çıxırdılar. Məsələn, Horner 1969-cu ildə kitablarından birində yazır ki, qadınlar işdəki uğurundan qorxur, çünki xidməti vəzifədəki nailiyyətləri qadınlıqla qeyri-mütənasib hesab edir. Amma 70-ci illərin ortaları - 80-ci illərin əvvəlində sosial psixoloqlara və sosioloqlara aydın oldu ki, qadının hökmünün aşağı olmasını onun şəxsi keyfiyyətlərinə yazan yanaşma vasitəsi ilə kişi və qadının hökmündəki böyük fərqi izah etmək mümkün deyil. Qadının lider rolu və rəhbər iş üçün yararsız hesab olunmasının səbəbi yəqin ki, onun cəmiyyətdə hökm sürən stereotiplər əsasında qəbul olunmasıdır. Morrison və fon Qlinovun bir yerə topladığı bir neçə tədqiqatla bağlı məlumatdan aydın olur ki, qadını lider rolu üçün yararsız şəkildə təsvir edən gender stereotipləri cəmiyyətdə o qədər güclüdür ki, qadın karyerası ilə bağlı qərar qəbul edilərkən və kadr seçilərkən bunun əksini bildirən şəhadətlər heç nəzərə alınmır". Sabiq millət vəkili deyir ki, qadının ev və ailə ilə bağlı vəzifəsi də ona vəzifə pilləsi ilə yüksəlməyə mane olur: "Ola bilsin ki, qadının evdəki vəzifələri onun vəzifə pilləsi ilə irəliləməsindən ötrü işinə əlavə güc sərf etməsi üçün imkan yaratmır. Ehtimal ki, qadın üçün rəhbər olmaq çətindir, çünki o axşamlar işdə qalaraq bazar günləri də işləyə bilməz. Belə ki, uşaqlara qayğı onun vaxtını çox alır. Ola bilsin ki, o bilərəkdən daha aşağı karyera perspektivi olan işi seçir ki, bu, evdə onun üçün böyük problem yaratmasın Bu mövzuya dair aparılmış tədqiqatlar ərləri ilə müqayisədə işləyən qadınların ev və ailə, uşaqla bağlı məsuliyyətin əsas hissəsini öz üzərinə götürməsinə şübhə yeri qoymur. Bəzi qadınlar üçün bu, doğrudan da onların işə əlavə vaxt itirməsi və ezamiyyələrə getməsi (bunsuz vəzifə pilləsi ilə yüksəlmək mümkün deyildir) üçün səbəb deyildir. Bəzi tədqiqatçılar 827 nəfər işləyən qadını müqayisə edərək aşkar etmişlər ki, qadın rəhbərlər arasında rəhbər vəzifə tutmayan qadınlarla müqayisədə ailəsiz olanlar daha çoxdur. Onlar

bu nəticəyə gəlmişlər ki, həmin işlə məşğul olan qadınların arasında övladı olmayan çox, üç və daha artıq uşağı olanların sayı daha aşağı olur. Tədqiqatçıların belə bir fikri də böyük maraq doğurur ki, işləyən qadınlar öz vaxtlarını daha düzgün qurur, planlaşdırır və beləliklə də həm produktiv, həm də reproduktiv funksiyalarını yüksək səviyyədə yerinə yetirirlər. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən dünyada orta hesabla gözlənilən ömür uzunluğu kişilərə nisbətən qadınlarda 4,3 il daha çoxdur. HİV-ə yoluxmuş insanların 60%-nin yaşadığı Sub-Saxara regionunda həmin insanların 74%-ni gənc qadınlar təşkil etmişdir. Dünyada yaşayan qadınların 71%-i partnyorları tərəfindən bu və ya digər səviyyədə fiziki və ya psixoloji zorakılığa məruz qalmışlar. Hər 5 qadından 1-i 15 yaşından öncə cinsi istismara məruz qalır. Qarşıdakı 10 ildə 100 milyon qızın 18 yaşından tez ərə veriləcəyi gözlənilir. Onların üçdə biri inkişaf etməkdə olan ölkələrin (Çin istisna olmaqla) payına düşür. Hər il ana olan yeniyetmə qızların sayı 14 milyondur. Onların 90%-i inkişaf etməkdə olan ölkələrdə yaşayır. Hər gün zamanında qarşısı alına bilən hamiləlik və doğum problemlərindən 1600 qadın və 10000 körpə dünyasını dəyişir. Hamilə qadınların sadəcə 5%-nin malyariyadan effektiv müalicə imkanı var. Zəhərli qazlardan boğulan qadınların sayı kişilərdən çoxdur. Xərçəng xəstəliyindən hər il 750 min qadın dünyasını dəyişir və s. Hazırda dünyada gender sahəsində əsaslı islahatlar aparılmasına baxmayaraq təqribən 200 dünya dövlətindən yalnız 12-nin dövlət və ya hökumət başçısı qadındır: "Avropa Birliyi ölkələrinin bütün firmalarının yalnız 23%-nin sahibləri qadınlardır. Dünyadakı 550 milyon aşağı əmək haqqı ilə çalışan işçilərin 330 milyonu və ya 60%-i qadınlardır. Dünyada qadın və kişi işçilər arasında eyni işə görə əmək haqqı fərqi 30-40% -dir. 224 mədəniyyət vahidində aparılmış tədqiqata əsasən, onlardan yalnız 5-də ailələrdə bütün mətbəx işlərini kişilər, 36-da isə bütün inşaat işlərini qadınlar görür". Cahangir Hüseynov bildirib ki, Azərbaycan cəmiyyəti bu gün özünəməxsus olan milli-mənəvi dəyərlərini qoruyub saxlamaqla bəşəri dəyərləri də qəbul edir, yenilikləri tətbiq edir, beynəlxalq standartlara hörmətlə yanaşır, ictimai həyatın bütün sahələrində insan hüquqlarının müdafiə olunması məsələsinə prioritet verir: "Qadın hüquqları da insan hüquqlarının tərkib hissəsi olduğundan

bu məsələ daim diqqət mərkəzindədir. Müvafiq məsələ barəsində bir sıra qanunlar qəbul edilib, prezident sərəncamları verilib, tədbirlər həyata keçirilir. Bu gün Azərbaycan parlamentarilərinin 20%, bələdiyyə üzvlərinin 25,4%-i qadınlardan ibarətdir, 88 yüksək dövlət vəzifələrindən 6-sı qadınların əlində cəmlənmişdir. Qeyd etmək yerinə düşər ki, Azərbaycanın sosio-mədəni həyatının yeniləşməsində qadın təşkilatlarının rolu getdikcə artmaqdadır. Ölkəmizdə 50-dən artıq qeyri-hökumət qadın təşkilatı fəaliyyət göstərir. Onların gender mədəniyyətinin bərqərar olmasındakı rolu inkar edilməzdir. Qadınların həm aktiv, həm də passiv seçkilərdə fəal iştirakı (Azərbaycanda elektoratın böyük hissəsini qadınlar təşkil edir) hazırda ən mühüm məsələlərdən biri kimi diqqət mərkəzindədir. İctimai həyatın müxtəlif sahələrində qadınların aktivləşməsi demək olar ki, ayrı-ayrı qadın təşkilatlarının dərin maarifləndirici fəaliyyəti nəticəsində olmuşdur. Fəal qadınlar müxtəlif qadın təşkilatlarında birləşərək ölkənin ictimai-siyasi həyatında öz nüfuzlarını göstərmək iqtidarındadırlar. Qadın təşkilatlarının bu fəaliyyəti ölkənin rəhbərliyi tərəfindən dəstəklənir, onların tədbirlərinin həyata keçirilməsində böyük köməklik olunur. Eyni zamanda qadınların aktivləşməsində beynəlxalq və yerli donor təşkilatların da əsaslı rolunun olması danılmaz faktdır. Qadın təşkilatları bu gün ölkədə qadın və uşaqların sosial müdafiəsinin, onların həllində meydana çıxan iqtisadi poblemlərin aradan qaldırılması sahəsində lazımi proqramlar hazırlayır və onların həyata keçirilməsini təmin edir. Azərbaycan qadınlarının ölkənin ictimai həyatında yaxın-dan iştirakına, qadın sahibkarlığının inkişaf etdirilməsinə yardım göstərir. Bərabər-lik, tərəqqi və sülh kimi nəcib amallar uğrunda səylərin birləşdirilməsinə çalışan bu təşkilatlar Pekin Fəaliyyət Proqramı üzrə konkret iş görməyə çalışır. Qadın təşkilatları maariflənmə sahəsinə böyük önəm verir. Təhsil ocaqlarında, rayon, bölmə, filial təşkilatlarında tematik mövzulara həsr olunmuş görüşlər, tədbirlər keçirilir. Qadınların və yeniyetmə qızların hüquqlarını qoruyan müasir proqramlar haqqında informasiya verilir, qadınların iqtisadi müstəqilliyi haqqında məruzələr oxunur və konfranslar təşkil olunur. Qadın təşkilatlarının geniş maarifləndirici fəaliyyəti nəticəsinə ali məktəblərin müxtəlif ixtisaslarında təhsil alan qız və oğlanların iştirak faizi də dəyişmişdir. Qadınların siyasi hüquqları, ortaya çıxan problemlər, hüquqlar üzrə qanunvericiliyin öyrənilməsi, onların tənzimi və təminatı üzrə təkliflərin hazırlanması, müzakirəsi və təsdiq edilməsi də qadın təşkilatlarının fəaliyyətinin əsas istiqamətlərindən biridir".

Ardı növbəti sayımızda

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31