Gənc nəslin əxlaq tərbiyəsi sahəsində məktəbin qarşısında duran ən mühüm vəzifələrdən biri hərbi-vətənpərvərlik tərbiyəsidir
Gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik hisslərinin artırılması istiqamətində təbliğat, maarifləndirmə işlərinin aparılması zəruridir. Ona görə də gənclərdə milli mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik hisslərinin artırılması tarixin bütün dövrlərində ən ümdə və vacib məsələrdən biri hesab edilib.
11 Avqust 2016 11:21 SosialMəhəmməd Əsədullazadə: "Hərbi-vətənpərvərlik tərbiyəsi mənəviyyat tərbiyəsinin ayrılmaz hissəsidir"
Gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik hisslərinin artırılması istiqamətində təbliğat, maarifləndirmə işlərinin aparılması zəruridir. Ona görə də gənclərdə milli mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik hisslərinin artırılması tarixin bütün dövrlərində ən ümdə və vacib məsələrdən biri hesab edilib. Zaman-zaman bu istiqamətdə müəyyən addımlar atılıb, tədbirlər həyata keçirilib. Məhz həyata keçirilən tədbirlərin, görülən işlərin nəticəsidir ki, bu gün ölkədə vətənpərvər gənc formalaşıb. Gənclərin vətənpərvər olması yalnız əlinə silah alıb düşmənlə döyüşməklə ölçülmür. Gənclik Vətənini, dövlətini sevmək, dövlət atributlarına, dilinə hörmət etmək, onu uca tutmaqla da vətənpərvər olduğunu sübut edə bilər. Ona görə də bu gün Azərbaycan gəncini döyüşə hazırlamaqla yanaşı, ona dövlətini, millətini, dövlət atributlarını sevdirmək lazımdır. İlk növbədə isə Azərbaycan Respublikasının vətəndaşlığının əhəmiyyəti və üstünlükləri təlqin edilməlidir. Bu istiqamətdə gənclərə vətəndaşlıq institutunun mahiyyəti başa salınmalı, vətəndaşın malik olduğu hüquqlar, dövlətin vətəndaşlar qarşısında öhdəlikləri ilə yanaşı, vətəndaşın dövlət qarşısında vəzifələri də təlqin olunmalıdır. Bu isə gənclərə həm öz hüquqlarını bilərək onları tələb etmək vərdişləri aşılayacaq, həm də onlarda vətənə sədaqət, dövlət rəmzlərinə, digər vətəndaşların hüquqlarına hörmət, sağlam ətraf mühiti qorumaq və s. bu kimi müsbət davranışların formalaşmasına kömək edəcək. Məlumdur ki, dövlət dili milli birlik istiqamətində ən başlıca faktorlardan biri olmalıdır. Müstəqilliyimizin bərpasından xeyli müddət keçməsinə baxmayaraq hələ də cəmiyyətdə, hətta dövlət orqanlarında Azərbaycan Respublikasının dövlət dilini bilməyən, yaxud ondan istifadə etməyi bacarmayan gənclər vardır. Bu sahədə təbliğat aparılmaqla yanaşı, dilimizin təbii xüsusiyyətləri qorunmalı, yad ünsürlərdən təmizlənməsi prosesi davam etdirilməlidir. Gənclərdə məişət nitqində digər dillərdən olan sözlərdən və ifadələrdən istifadə etmək alışqanlığı tərgidilməli, bunun əvəzinə dilimizin daxili imkanlarından daha geniş şəkildə istifadə edilməsi təbliğ edilməlidir. Bu məqsədlə görkəmli dilşünasların iştirakı ilə müvafiq tədbirlərin keçirilməsi, dilimizdən necə istifadə edilməsinə dair yazılı materialların yayılması zəruridir. Haqlı olaraq deyirlər ki, öz dilini bilməyən gənc vətənpərvər ola bilməz. Bütün bunlar isə təbii ki, kütləvi informasiya vasitələrinin köməyi ilə həyata keçirilir. Bu gün gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik hisslərinin
artırılmasında kütləvi informasiya vasitələri, televiziya və radiolar, sosial şəbəkələrin böyük rolu var. Bu kimi vasitələrdən, imkanlardan nə qədər çox istifadə edilsə, həmin vasitələrdə vətənpərvərlik mövzularına həsr olunmuş materiallar, yazılar, maarifləndirici xarakter daşıyan proqramlar yayımlansa, bir o qədər vətənpərvər gənclərin sayı artar.
Günümüzdə kütləvi informasiya vasitələrinin cəmiyyətin məlumatıandırılması, onların istiqamətləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini nəzərə alsaq deyə bilərik ki, gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin gücləndirilməsi sahəsində Kütləvi İnformasiya Vasitələrinin üzərinə də bir çox vəzifələr düşür. Bunun üçün kütləvi informasiya vasitələri tərəfindən vətənpərvərlik yönümlü mədəni tədbirlərin həyata keçirilməsi zəruridir. Eyni zamanda televiziyalarda və mətbuatda vətənpərvərlik mövzusunda proqramların həcminin artırılması, jurnalistlərin vətənpərvərlik sahəsində yaradıcı potensiallarının genişləndirilməsinə diqqət yetirilməlidir
Bəs görəsən hazırda bu istiqamətdə olan vəziyyət qaneedici sayıla bilərmi? Məsələ ilə bağlı fikirlərini bölüşən Məhəmməd Əsədullazadənin sözlərinə görə, hər bir vətəndaşa milli ruhun aşılanması prosesi hələ körpə yaşlarından həyata keçirilməli, məktəblərdə davam etdirilməli və təkmilləşdirilməlidir: "Gənc nəslin əxlaq tərbiyəsi sahəsində məktəbin qarşısında duran ən mühüm vəzifələrdən biri hərbi-vətənpərvərlik tərbiyəsidir. Hərbi-vətənpərvərlik tərbiyəsi mənəviyyat tərbiyəsinin ayrılmaz hissəsidir. Şagirdləri vətənimizin şərəfini və azadlığını qoruyub saxlamış Azərbaycan Silahlı Qüvvələrinin şanlı tarixi, onun vətən və bəşəriyyət qarşısında xidmətləri ilə yaxından tanış etmək vacibdir. Onlara sülh və azadlıq ordusu olan Azərbaycan ordusuna məhəbbət aşılamaq, vətənimizin müdafiəsi uğrunda mübarizəyə hər dəqiqə hazır olmaq əzmini qüvvətləndirmək və s. hərbi-vətənpərvərlik tərbiyəsinin ən mühüm tərkib hissələrindən biridir. Məktəblərdə ona nail olmaq lazımdır ki, hər bir gənc doğma ana vətənin müdafiəsi naminə, onu çətinliklər gözləsə də, əlindən gələni əsirgəməsin, onu şərəfli hərbi xidmət, Azərbaycan ordusunun həyatı, qəhrəmanlığı və s. maraqlandırsın. Məhz buna görə də hazırkı şəraitdə hərbi-vətənpərvərlik tərbiyəsi ümumdövlət işinin mühüm bir sahəsinə çevrilməlidir. Orta və ali məktəblərdə bu istiqamətdə verilən tədrisdə nöqsanlar mövcuddur. Və bu nöqsanları aradan qaldırmaq üçün dövlət proqramının icarsına başlanılmalı və hərbi-vətənpərvərlik dərslərinə ciddi riayət olunmalıdır. Bu dövlətimizin gələcəyinin dayanıqlı bünövrəsidir. Bu istiqamətdə dərs saatları artırılmalı, ehtiyatda olan zabitlər bu işə cəlb olunmalıdır. Orta və ali məktəblər gənclərin hərbi hissələrdə görüşlərini təşkil etməlidir. Ümumi olaraq, hər şeydən öndə vətəndir və vətəndaşlıq mövqeyini müəllimlər şagirdlərinə aşılamalıdır. Düzdür, bu istqamətdə verilən tədris qaneedici deyil. Vətəndaşlıq, vətənpərvərlik heç bir maadiyyatla ölçülmür. Regionlarda bu istiqamətdə ciddi problemlər var. Şagirdlərə vətənpərvərlik istiqamətində verilən tədris çox aşağıdır. Ölkəmizdə yüzlərlə QHT və gənclər təşkilatı formalaşıb. Hər bir təşkilatın missiyası bu istiqamətdə müəyyən işlər görməkdədir. Hərbi hissələrdə və orta məktəblərdə görüşlər keçirilməli, plakatlar yayılmalı və geniş kampaniyalar aparılmalıdır. QHT və gənclər təşkilatı müəyyən bir qisim insanlarla görüş keçirə bilir. Halbu ki, bu iş ümümrespublika səviyyəsində geniş təşkil olunmalı və regionlarda bu istiqamətdə təbliğat-təşviqat işləri aparılmalıdır.Ölkədə QHT-lər bu istiqamətdə müəyyən işlər görsə də, gənclər təşkilatlarında bu sahədə problemlər var".
Məhəmməd Əsədullazadə bildirib ki, hər bir cəmiyyətin formalaşmasında və ideoloji işi aparmaqda kütləvi informasiya vasitələri əvəzsiz rol oynayıb və bu mövzuda televiziya və radionun fəaliyyəti mütləqdi: "Qarabağ müharibəsi dövründə televizya və radioda hərbi vətənpərvərlik ruhunda veriliş və mahnılar, minlərlə gəncimizi torpaqlarımız uğrunda döyüşməyə sövq edib. Azərbaycanda son illər televiziyalarda şou proqramlar vətənpərvərlik verlişlərini üstələyib. Bu hamımızda məyusluq yaradır. Azərbaycan müharibə şəraitində, torpaqlarımızın 20 faizi düşmən tapdağındadır. Ona görə də televiziya kanalları çox ciddi olaraq vətənpərvərlik verlişlərinə vaxt ayırmalı, xalqımızın və cəmiyyətin, gənc nəslin böyüməsində maarifləndirici iş aparmalıdır. Ümid edirəm televizyalar bu mövzuda öz verlişlərində cəmiyyətin formalaşmasına xidmət edən vətənpərvərlik verlişlərinə vaxt ayıracaq. Təkcə televiziyalar deyil, muxtəlif internet saytları, jurnallar və s. başqa mətbu orqanları bu işdə fəal olmalıdırlar. Birliyimiz vətənpərvərlikdən aslıdır. Bu gün informasiya əsridir. Hansı bir toplumda güclü kütləvi informasiya vasitələri varsa, onlar qabaqdadır və hadisələri tez qabaqlayırlar. O, nöqteyi nəzərdən gənc nəslin dövlətçiliyimiz üçün sadiqliyinin formalaşmasında KİV-də xüsusi çəkisi var. Azərbaycan gəncinin ən mühüm vətənpərvərlik ruhunun yüksəldilməsində,silahlı qüvvələrin mühüm rolu var. Bu gün Azərbaycan ordusu regionun ən güclü və təminat baxımından öndə olan ordusudur. Ordumuzda yüksək vətənpərvərlik, milli ruh gənclərdə ordumuza qarşı müsbət fikir formalaşdırır. Və gələcək həyatlarını vətənə xidmətə bağlamaqla gənc yaşlardan silahlı qüvvələrin məktəblərinə qəbul olurlar. Həqiqətən ordumuz bu gün gənclərimizin güvəndiyi və şəxsiyyət kimi yetişməsində böyük məktəbdir. Ermənistanın işğalçı ordusunu Azərbaycanın güclü və peşəkar ordusu hər an torpaqlarımızdan çıxartmağa hazırdır. Bu gün əmr verilərsə ,Azərbaycan gənci, ön cərgədə, vətənin azadlığı uğrunda öldürməyə hazır olmalıdır. Ölkədə vətənpərvərlik mövzusunda kifayət qədər filmlər çəkilmir. Bu istiqamətdə gənclərin hərbi vətənpərvərlik ruhunda yetişməsi üçün filmlərin çəkilməsi mütləqdi. Televiziyalarda reklam çarxlarının çəkilməsi də bu istiqamətdə ən başlıca işlərdən biri olmalıdır. Aprel döyüşləri ölkə gənclərinin hərbi vətənpərvərliyinin nə qədər yüksək səviyyədə olduğunu göstərdi. Minlərlə gənc döyüş gedən vaxtlarda səfərbərlik şöbələrinə və cəbhəyə könüllü olaraq gedirdi. Mən deyərdim ki, Azərbaycan gəncliyi apreldə vətənpərvərlik sınağından alnı açıq çıxdı".
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir