Gündəm
Nazirlik: Sərxoşluğun təyini məqsədi ilə 11 715 nəfər müayinədən keçib
Ədliyyə Nazirliyi tərəfindən 6 ay ərzində Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə məhkəmə-narkoloji tibbi yoxlamadan keçmək üçün 1 107 nəfər göndərilib. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 2016-cı ilin 6 ayı ərzində sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinədən 11 715 nəfər keçib. Məlumata görə, onlardan 478 nəfər narkotik vasitələrin istifadəsinə görə müayinə olunub, 243 nəfər istifadəçi aşkarlanıb və müvafiq qeydiyyata götürülüb.
Yeni proqramlaşdırma dili yaradılıb
Massaçusets Texnologiya İnstitutunda çalışan beynəlxalq mütəxəssislər komandası tərəfindən yaradılmış “Simit” dili fiziki proseslərin kompleks modelləşdirməsi üçün yüksək səviyyəli və aşağı səviyyəli təsvir arasında sürətli keçidə imkan verir. Bu proqramlaşdırma dilinin sayəsində tədqiqatçılar kodun miqdarını 90% azalda və eyni zamanda simulyasiyaların modelləşdirilməsi effektivliyini 200 dəfə yüksəldə bilərlər.
Vyananın "Qarabağ" klubu azərbaycanlı futbolçu transfer edib
Vyananın "Qarabağ" klubu yeni mövsümə hazırlığı davam etdirir.
O da etiraf etdi: "Rio-2016-da çox çətindir"
Rio-2016-da müşahidə olunan çatışmazlıqları Beynəlxalq Olimpiya Komitəsi (BOK) də etiraf etməyə məcbur olub.
Deputat: “Azərbaycan iqtisadi layihələrdə oynadığı mühüm rolu siyasi müstəvidə də həyata keçirir”
“Azərbaycan regional iqtisadi layihələrdə oynadığı mühüm rolu siyasi müstəvidə də həyata keçirir”. Bu fikri Milli Məclisin deputatı Tahir Rzayev deyib.T.Rzayev bildirib ki, ölkəmiz çoxvektorlu praqmatik xarici siyasətində regional əməkdaşlığın dərinləşməsinə xüsusi əhəmiyyət verir.
"Həyat yoldaşım mənə rəfiqəmin anası ilə xəyanət etdi"
Beyaz TV-də yayımlanan "Hayatta her şey var" proqramından qalmaqallı etiraf səsləndirilib.
Orduya dövlət qayğısı gücləndirilir
Azərbaycanın multikulturalizm modeli
“Azərbaycanın ev sahibliyi etdiyi tədbirlər ölkəmizin beynəlxalq nüfuzunun artmasını təsdiq edən amillərdəndir. Bakıda Beynəlxalq Humanitar Forum, Mədəniyyətlərarası Dialoq Forumu, dünya dinlərinin liderlərinin Zirvə görüşləri keçirilir. Bir müddət öncə Bakı şəhərində BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu keçirildi. Azərbaycan artıq dünyada multikulturalizmin mərkəzi kimi tanınır.
Nazir: "Türkiyədə 133-ü general, 3-ü attaşe olmaqla 162 hərbçi fəraridir"
"Türkiyədə 133-ü general, 3-ü attaşe olmaqla 162 hərbçi fəraridir".
Bekir Bozdağ: "ABŞ Ədliyyə Nazirliyinin 4 mütəxəssisi Türkiyəyə gələcək"
"ABŞ Ədliyyə Nazirliyinin 4 mütəxəssisi avqustun 22-də Türkiyəyə gələcək".
Belarusda parlament seçkilərində 521 namizəd iştirak edəcək
Belarusda keçiriləcək parlament seçkilərində deputatlığa 521 namizəd 110 yer uğrunda mübarizə aparacaq.
Üçtərəfli format regiona hansı töhvəni verə bilr?
Siyasi ekspertlər tərəfindən Azərbaycan, İran və Rusiya prezidentlərinin Zirvə görüşü yeni əməkdaşlıq formatının əsasını qoyan tarixi hadisə kimi səciyyələndirilir. Danılmaz bir reallıqdır ki, yeni əməkdaşlıq formatının təşəbbüskarı və təşkilatçısı Azərbaycan Respublikasıdır. Məhz Azərbaycan prezidenti İlham Əliyevin ciddi səyi nəticəsində Bakı daha bir Zirvə görüşünə ev sahibliyi etdi. Elə Rusiya və İran prezidentləri də Azərbaycanın bu təşəbbüsünü yüksək dəyərləndirdilər. Siyasi analitiklər hesab edirlər ki, yeni format geniş miqyas almış və dünya dövlətləri üçün təhlükəyə çevrilmiş problemlərin aradan qaldırılmasında əhəmiyyətli rol oynaya bilər. Bəs, bu fəaliyyət hansı sahələri əhatə edə bilər?
Bankların bağlanması müştəriləri narazı salıb
Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP-nin) Direktorlar Şurasının iyulun 21-də verdiyi qərarla “Dekabank” ASC, “Kredobank” ASC, “Parabank” ASC və “Zaminbank” ASC-nin lisenziyası ləğv edilib.
Batumidə aldadılan azərbaycanlı turistlərdən XƏBƏR VAR
Azərbaycanın Batumidəki Baş konsulluğu azərbaycanlı turistlərin Batumidə aldadılması ilə bağlı yaranan vəziyyətə aydınlıq gətirib.
Tailandda bir gündə 14 partlayış olub
Tailandın altı bölgəsində son bir gün ərzində 14 partlayış qeydə alınıb. Trend TASS-a istinadən xəbər verir ki, partlayışlar nəticəsində 4 nəfər həlak olub, 27 nəfər isə yaralanıb.














