Üçtərəfli format regiona hansı töhvəni verə bilr?

Siyasi ekspertlər tərəfindən Azərbaycan, İran və Rusiya prezidentlərinin Zirvə görüşü yeni əməkdaşlıq formatının əsasını qoyan tarixi hadisə kimi səciyyələndirilir. Danılmaz bir reallıqdır ki, yeni əməkdaşlıq formatının təşəbbüskarı və təşkilatçısı Azərbaycan Respublikasıdır. Məhz Azərbaycan prezidenti İlham Əliyevin ciddi səyi nəticəsində Bakı daha bir Zirvə görüşünə ev sahibliyi etdi. Elə Rusiya və İran prezidentləri də Azərbaycanın bu təşəbbüsünü yüksək dəyərləndirdilər. Siyasi analitiklər hesab edirlər ki, yeni format geniş miqyas almış və dünya dövlətləri üçün təhlükəyə çevrilmiş problemlərin aradan qaldırılmasında əhəmiyyətli rol oynaya bilər. Bəs, bu fəaliyyət hansı sahələri əhatə edə bilər?

Yeni format enerji mübadiləsinin artmasında müsbət rol oynayacaq
 

Siyasi ekspertlər tərəfindən Azərbaycan, İran və Rusiya prezidentlərinin Zirvə görüşü yeni əməkdaşlıq formatının əsasını qoyan tarixi hadisə kimi səciyyələndirilir. Danılmaz bir reallıqdır ki, yeni əməkdaşlıq formatının təşəbbüskarı və təşkilatçısı Azərbaycan Respublikasıdır. Məhz Azərbaycan prezidenti İlham Əliyevin ciddi səyi nəticəsində Bakı daha bir Zirvə görüşünə ev sahibliyi etdi. Elə Rusiya və İran prezidentləri də Azərbaycanın bu təşəbbüsünü yüksək dəyərləndirdilər. Siyasi analitiklər hesab edirlər ki, yeni format geniş miqyas almış və dünya dövlətləri üçün təhlükəyə çevrilmiş problemlərin aradan qaldırılmasında əhəmiyyətli rol oynaya bilər. Bəs, bu fəaliyyət hansı sahələri əhatə edə bilər?
Məlumdur ki, hazırda dünyada ayrı-ayrı dövlətlər üçün kifayət qədər risk təhlükəsi mövcuddur. Paralel olaraq müxtəlif dövlətlərə qarşı qərəzli şəkildə təhdidlər edilir. Sirr deyil ki, kifayət qədər mürəkkəb siyasi düzənə malik şəraitdə dövlətlər bu kimi sınaqlardan təkbaşına çıxmaqda çətinlik çəkirlər. Hətta bəzi hallarda bir dövlət kimi məhv olmaq təhlükəsilə üzləşirlər. Məhz bu baxımdan Azərbaycan hesab edir ki, yalnız birlik, sıx əməkdaşlıq, qarşılıqlı etimad şəraitində müasir dövrün çağırışlarına, mövcud olan risk və təhdidlərə qarşı effektli siyasət yürütmək olar. O da məlumdur ki, müasir dünyada öz siyasi iradəsini diktə etmək məqsədilə yeni təsiretmə mexanizmləri tətbiq olunmaqdadır. Bu metodlar terrorizmdən tutmuş, separatizm, irqçilik kimi təhlükəli sahələri əhatə edir. Danılmaz faktdır ki, dünya nəhəngləri tərəfindən xeyir-dua verilmiş terrorizm hazırda bir çox dövlətlər üçün ən təhlükəli aksiyaya çevrilib. Vəziyyət o hədə çatıb ki, artıq Avropa, Amerika kimi materiklərin mərkəzində terrorizm tüğyan etməkdədir. Hansı ki, bu vaxta qədər siyasi və hərbi cəhətdən inkişaf etmiş dövlətlər öz təhlükəsizlikləri ilə öyünürdülər. Bu gün isə kütləvi insan qırğınına səbəb olan terror aktı dünyanı bürüyüb. Baxmayaraq ki, bəzi dövlətlər terora və terorçulara siyasi, hərbi və hətta maddi dəstək verirlər, Azərbaycan isə müasir dövrün ən mühüm problemlərindən olan terrorizmə qarşı mübarizədə prinsipial mövqe tutur, bu sahədə əməkdaşlığın gücləndirilməsi işinə əməli töhfələr verir. 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasının üzvü kimi Azərbaycanın irəli sürdüyü təşəbbüslər bunu bir daha sübut edir. Qətiyyətlə demək olar ki, hazırda Azərbaycan təkcə terrorizmə qarşı mübarizədə deyil, dünyada və regionda mövcud olan çoxsaylı münaqişələrə öz töhvəsini verməkdədir. Azərbaycan öz əməmli fəaliyyəti ilə dəfələrlə sübuta yetirib ki, dünyada, regionda və hətta Xəzər dənizində sülh və təhlükəsizliyin təmin olunmasında maraqlıdır. Hazırda Azərbaycan Xəzər dənizi regionunda sülh və əməkdaşlığın inkişafına, dənizin ekosisteminin qorunmasına töhfələr verir. Xəzəryanı ölkələrlə əməkdaşlıq çərçivəsində sözgedən dənizin hərbi, ekoloji təhlükəsizliyində fəal iştirak edir. O da sirr deyil ki, Azərbaycan bu gün çoxsaylı dünya ölkələrinin enerji təhlükəsizliyində əhəmyyətli rol oynayır. Əslində Azərbaycan əksər beynəlxalq enerji layihələrinin təşəbbüsçüsü və müəllifi kimi çıxış edib. Bu təşəbbüsdə bulunmaqda təkcə öz mənfəətini deyil, layihəyə qoşulub dəstək verən ölkələrin də maraqlarını nəzərə alıb. Məhz bunun nəticəsidir ki, Azərbaycanın təşəbbüskarı olduğu mühüm enerji layihələri bütün ölkələrə fayda gətirməkdədir. Bu gün sözgedən layihələrin daha da genişləndirilməsi və daha çox ölkəni əhatə etməsinə ehtiyac duyulur. Heç şübhəsiz ki, Azərbaycanın təşəbbüsü ilə reallaşan Azərbaycan-Rusiya-İran formatı da region dövlətlər üçün sərfəli olacaq. Ekspertlərin qənaətinə görə, üçtərəfli format bütün sahələrdə olduğu kimi elektroenergetika sektorunda da əməkdaşlığın genişlənməsində, ölkələr arasında enerji mübadiləsinin artmasında öz müsbət rolunu oynayacaq. Üçtərəfli format həmçinin ölkələr arasında və regionda iqtisadi əməkdaşlığı daha da gücləndirəcək, ticarət dövriyyəsinin artmasına, qarşılıqlı sərmayə qoyuluşuna, ixrac imkanlarının genişləndirilməsinə, maliyyə, bank, sığorta sektorunda əməkdaşlığın güclənməsinə müsbət təsir göstərəcək. Ən əsası isə bu istiqamətlər üzrə yeni layihələrin həyata keçirilməsinə şərait yaradacaq. Məlumdur ki, bu gün Azərbaycanın təşəbbüsü ilə həyata keçirilməsi gözlənilən, ən müxtəlif sahələri əhatə edən laihələr ortadadır. Heç şübhəsiz ki, üçtərəfli format nəqliyyat sahəsində əməkdaşlığın güclənməsinə, "Şimal-Cənub" nəqliyyat dəhlizinin formalaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin daha da intensivləşdirilməsinə əhəmiyyətli təsir göstərəcək.

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31