Abramyan: Ermənistanda növbədənkənar seçkilər müxalifətin təmsilçiliyini artıracaq – ÖZƏL
13:00 DünyaOlaylar.az xəbər verir ki, Ermənistan parlamentinin "Güclü Ermənistan" fraksiyasının katibi Tiqran Abramyan jurnalistlərə açıqlamasında bildirib ki, ölkədə növbədənkənar seçkilərin keçirilməsi yalnız müxalifətin parlamentdəki təmsilçiliyini artıracaq.
Onun sözlərinə görə, tendensiya göstərir ki, hər yeni seçkidə Baş nazir Nikol Paşinyan səs itirir, onun faiz nisbəti pisləşir, müxalifətin səsləri isə artır. Abramyan qeyd edib ki, 2026-cı il seçkilərini 2021-ci ilin səsverməsi ilə müqayisə etdikdə Paşinyanın konstitusiya çoxluğu (50+1% səs) qazanmadığına əmin olmaq mümkündür. Bunu nəzərə alaraq o, müxalifət blokunun istənilən vaxt seçkilərdə iştiraka hazır olduğunu və təzyiqlərdən qorxmadığını vurğulayıb.
Fraksiya katibi həmçinin əlavə edib ki, yeni Konstitusiyanın qəbulu layihəsini Azərbaycan irəli sürür və "Güclü Ermənistan" Bakıya "yeni güzəştlər"in əleyhinə çıxış edir.
Xatırladaq ki, daha əvvəl Nikol Paşinyan onun istefasına nail olmaq istəyən müxalifət qüvvələrinə sadə sövdələşmə təklif edərək bildirmişdi ki, bunun üçün müxalifət yeni Konstitusiya layihəsi üzrə referendumun keçirilməsinə razılıq verməlidir. Əks halda, Baş nazir növbədənkənar seçkilər keçiriləcəyi və nəticədə hazırkı iki müxalifət qüvvəsindən heç birinin parlamentə düşməyəcəyi ilə hədələmişdi.