Vyananın "Qarabağ" klubu azərbaycanlı futbolçu transfer edib
Vyananın "Qarabağ" klubu yeni mövsümə hazırlığı davam etdirir.
12 Avqust 2016 14:04 İdmanVyananın "Qarabağ" klubu yeni mövsümə hazırlığı davam etdirir.
"Report"un məlumatına görə, "Stadtliga"nın başlanmasına 10 gün qaldığı müddətdə Vyana komandası artıq ilk transferini rəsmiləşdirib.
Baxışda olan Orxan Qocayevlə müqavilə imzalanıb. Gənc futbolçu əsas heyətlə məşqlərdə iştirak etməsinə baxmayaraq, yeni mövsümdə ilk 5 həftə B komandasında meydana çıxacaq.
Qeyd edək ki, bu mövsüm azərbaycanlıların yaratdığı "Qarabağ" futbol klubu Avstriyanın II Landesliqasında çempion olub. Klub Azərbaycan və Avstriya arasında dostluq münasibətlərini möhkəmləndirmək məqsədilə yaradılıb. Vyana klubunun İdarə Heyəti 4 Azərbaycan və 2 Avstriya vətəndaşından ibarətdir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31