Azərbaycanın multikulturalizm modeli

“Azərbaycanın ev sahibliyi etdiyi tədbirlər ölkəmizin beynəlxalq nüfuzunun artmasını təsdiq edən amillərdəndir. Bakıda Beynəlxalq Humanitar Forum, Mədəniyyətlərarası Dialoq Forumu, dünya dinlərinin liderlərinin Zirvə görüşləri keçirilir. Bir müddət öncə Bakı şəhərində BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu keçirildi. Azərbaycan artıq dünyada multikulturalizmin mərkəzi kimi tanınır.

Dünya ölkələri üçün bir örnəkdir 

 "Azərbaycanın ev sahibliyi etdiyi tədbirlər ölkəmizin beynəlxalq nüfuzunun artmasını təsdiq edən amillərdəndir. Bakıda Beynəlxalq Humanitar Forum, Mədəniyyətlərarası Dialoq Forumu, dünya dinlərinin liderlərinin Zirvə görüşləri keçirilir. Bir müddət öncə Bakı şəhərində BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu keçirildi. Azərbaycan artıq dünyada multikulturalizmin mərkəzi kimi tanınır. Azərbaycan həm Avropa Şurasının, həm də İslam Əməkdaşlıq Təşkilatının üzvüdür, Azərbaycan ötən il ilk Avropa Oyunlarına uğurla ev sahibliyi etdi, gələn il isə İslam Həmrəyliyi Oyunlarını təşkil edəcək. Bax, budur Azərbaycan multikulturalizminin üstünlükləri". Bunu deyən millət vəkili, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini, AŞPA-nın Miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə komitəsinin sədri Sahibə Qafarova hesab edir ki, bu faktların özü belə Azərbaycanın multikulturalizm modelinin dünya üçün nə qədər əhəmiyyətli olduğunu bir daha təsdiqləyir: "Bu gün dünyada baş verən hadisələr, müharibələr, hər gün daha da genişlənməkdə olan və hazırda bütün dünya xalqlarını və ölkələrini təhdid edən terror dalğası, miqrant və qaçqın problemi fonunda Azərbaycanın multikulturalizm modelinin nə qədər əhəmiyyətli olduğunu bir daha dərk etmiş oluruq". Onun sözlərin görə, bu gün Avropanın üzləşdiyi ciddi böhranlardan biri məhz miqrat axını ilə bağlıdır. Bir sıra siyasətçilər, xüsusilə, Qərb siyasətçiləri miqrant axınını "qoca qitə"də yüksək həyat şərtləri, miqrantların öz ölkəsində mövcud olan iqtisadi və siyasi çətinliklərlə əlaqələndirməyə çalışsalar da, problemin getdikcə daha geniş vüsət almasının səbəbləri başqadır və bu gün əksəriyyət bu humanitar böhranın yaranmasının dəqiq səbəblərini çox gözəl anlayır. Postsovet məkanı, Şimali Afrika və Yaxın Şərq ölkələrində uzun müddət mövcud olmuş sabit siyasi sistemlər "ərəb baharı", "zanbaq inqilabı" kimi adlarla kamuflyaj olunmuş zorakı üsullarla devrilib, yerli iqtisadiyyat dağıdılıb, dövlətlərin ərazi bütövlüyü pozulub. Yaxın və Orta Şərqi xaosa sürükləyən "Ərəb baharı", vətəndaş müharibələrinin yaratdığı dözülməz və təhlükəli mühit, o cümlədən Suriyada davam edən döyüşlər, "İŞİD" terror qruplaşmasının vəhşilikləri insanları öz ölkələrini, doğma vətənlərini tərk etmək məcburiyyətində qoyur, bundan başqa çıxış yolu qalmır. Ona görə də, biz əgər bu gün miqrant böhranından, Avropada qaçqın və məcburi köçkünlərin üzləşdikləri problemlərin həllindən danışırıqsa, o zaman, ilk növbədə, hazırkı mürəkkəb vəziyyəti yaradan səbəbləri düzgün təhlil etmək lazımdır. Yəni nəticəni deyil, səbəbi aradan qaldırmaq lazımdır. Açığı, hazırkı geosiyasi şəraiti, dünya nizamında özünü göstərən ciddi çatışmazlıqları nəzərə alsaq, bunun elə də asan iş olmadığını görərik: "Problem ondadır ki, ədalət anlayışının, dünya nizamının pozulması indiki mürəkkəb vəziyyətə gətirib çıxarıb və təəssüf ki, hazırkı situasiya bəzi mərkəzlərə sərf etdiyindən onlar vəziyyətin düzəlməsində elə də maraqlı deyillər. Amma mənzərə nə qədər qaranlıq olsa da, Avropanın özündə də mütərəqqi siyasətçilər, öz xalqlarının gələcəyini düşünən sağlam düşüncəli siyasətçilər problemin aradan qaldırılması üçün səy göstərir, çalışırlar. Bununla bağlı müxtəlif tədbirlər görülür, ciddi maliyyə vəsaitləri ayrılır, yardımlar edilir. AŞPA-nın özündə də bu məsələ ilə bağlı müzakirələr aparılıb, müxtəlif təşəbbüslər irəli sürülüb. AŞPA təmsilçiləri müxtəlif ölkələrdəki qaçqın və məcburi köçkün düşərgələrinə baş çəkir, oradakı sakinlərlə görüşür, onların problemləri ilə maraqlanır, hökumət təmsilçiləri ilə bu insanların problemlərinin həlli haqqında fikir mübadiləsi aparır, müəyyən təkliflər, tövsiyələr verilir. Yeri gəlmişkən, mən AŞPA nümayəndə heyətinin tərkibində комитя сядри кими bu ilin iyun ayında Yunanıstandakı qaçqın düşərgəsində olmuşam. Orada da miqrantların şəraiti digərlərindən elə də ciddi fərqlənmir. Oradakı insanların yeganə gözləntiləri sülh və sabitlik içərisində yaşaya biləcəkləri bir şəraitin yaradılmasıdır". Millət vəkili qeyd edib ki, qaçqınların, məcburi köçkünlərin problemlərinin həllində Azərbaycanın gördüyü tədbirlər, qəbul etdiyi qərarlar kifayət qədər yüksək qiymətləndirilir: "Sirr deyil ki, Ermənistan dövlətinin işğalı nəticəsində 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Atəşkəsin imzalanmasından 22 ildən artıq vaxt keçir və hələ də işğal faktı aradan qalxmayıb. Bu isə o deməkdir ki, bu bir milyondan artıq insan hələ də öz doğma yurd-yuvalarından didərgindirlər. Buna baxmayaraq, Azərbaycan dövləti qaçqın və məcburi köçkünlərin həyat şəraitlərinin yaxşılaşdırılması, onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində çox böyük işlər görüb və dövlət büdcəsindən bu məsələlərin həlli ilə bağlı böyük vəsaitlər ayrılıb. Bu gün də bu istiqamətdə işlər davam etdirilir, qaçqın və məcburi köçkünlər üçün böyük güzəştlər tətbiq olunur, onlar dövlət hesabına mənzillərlə təmin olunur, yardımlar edilir". 

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31