Gündəm
Hakimliyə namizədlər intahan verir
Avqustun 12-də Bakı İdman Sarayında hakimliyə namizədlərin yazılı imtahanı keçirilir. Məlumata görə, yazılı imtahanda test imtahanından müvəffəqiyyət qazanaraq növbəti mərhələyə buraxılan 359 namizəd iştirak edir. İmtahan başlamazdan əvvəl imtahan binasında keçirilən Məhkəmə-Hüquq Şurasının iclasında hazırlanan imtahan suallarının sayı ilə bağlı qərar qəbul edilib. Bundan sonra həmin binada keçirilən Hakimlərin Seçki Komitəsinin qapalı iclasında suallar hazırlanıb və onlar dərhal imtahan zalına gətirilib. Namizədlər bu suallardan təsadüfi yolla, lototron vasitəsilə biri cinayət və biri mülki sahəyə aid olmaqla ikisini seçib.
Bir həftədə 3841 piyada məsuliyyətə cəlb olunub
Ötən həftə ərzində Bakı şəhərində baş verən yol-nəqliyyat hadisələrinin sayı açıqlanıb. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi Vaqif Əsədov bildirib ki, ilin əvvəlindən bu günə qədər qeydə alınan yol-nəqliyyat hadisələrində piyadaların avtomobillərlə vurulması ümumi hadisələrin 50 faizindən çoxunu təşkil edir: “Bu fakt ciddi narahatçılıq doğurur.
Mövlud Çavuşoğlu: "Geri çağırılan 32 diplomat Türkiyəyə qayıtmayıb"
"Türkiyəyə geri çağırılan, lakin səbəbsiz, icazəsiz olaraq geri qayıtmayan diplomatların sayı 32-dir".
Ağcəbədidə pendir sexi yanıb
Ağcabədi rayonu, Ağabəyli kəndində vətəndaşa məxsus pendir sexində yanğın baş verib. Fövqəladə Halar Nazirliyindən verilən məlumata görə, nəticədə ümumi sahəsi 950 m2 olan pendir istesalı sexinin lambirdən ibarət tavanı 120 m2 sahədə və dam örtüyü 24 m2 sahədə yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 09:02-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Konfet kağızında güclü təsiredici maddə keçirmək istədi
Astara Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında, İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.Dövlət Gömrük Komitəsindən “Olaylar”a verilən məlumata görə, yoxlama zamanı, vətəndaşa məxsus iki ədəd polietilen konfet paketlərində, konfetlərlə birlikdə doğranmış formada konfet kağızlarına bükülü 500 həb, şalvarının bel hissəsində 20 həb və corabının altında 170 həb olmaqla, cəmi 690 ədəd güclü təsir edən maddə - “Tramadol” aşkar olunaraq götürülüb.
FHN dağda azmış 2 nəfəri xilas edib
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə 11 avqust 2016-cı il saat 14:06-da İsmayıllı rayonu, Burovdal kəndi istiqamətində, Babadağ adlanan ərazidə 2 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur.
Heydər Əsədov Siyəzəndə vətəndaşları qəbul edəcək
Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Heydər Əsədov avqustun 19-da Siyəzən rayonunda Siyəzən, Şabran, Quba, Qusar və Xaçmaz rayonlarının sakinləri ilə görüş keçirəcək. Bu barədə nazirlikdən “Olaylar”a verilən məlumata görə, görüşdə iştirak etmək istəyənlər Kənd Təsərrüfatı Nazirliyinə bu telefonlarla (012-493-51-64; 050-352-06-27; 050-528-24-16) müraciət edə bilərlər. Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin Çağrı mərkəzi (1652) və elektron poçtu ([email protected]) vasitəsi ilə də qeydiyyatdan keçmək olar.
Türkiyəli diplomatlar Rusiya və ABŞ-a qaçıb
Türkiyənin Banqladeşdəki səfirliyinin əməkdaşı Rusiyaya, müvəqqəti işlər vəkili Əhməd Gürbüz və başqa bir diplomat isə ABŞ-a qaçıb. SİA xəbər verir ki, bu barədə Daily Star diplomatik mənbələrə istinadən məlumat verib.
"Azərbaycan olimpiyaçıları bizi dəfələrlə sevindirəcəklər"
Azərbaycan Milli Olimpiya Komitəsi (MOK) İcraiyyə komitəsinin üzvü, milllət vəkili Rauf Əliyev Rio-de-Janeyro şəhərində keçirilən XXXI Yay Olimpiya Oyunlarında iştirak edən Azərbaycan nümayəndə heyətinin rəhbəri cənab İlham Mədətova məktub ünvanlayıb.
Putin Prezident Administrasiyasına yeni rəhbər təyin edib
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Sergey İvanovu Prezident Administrasiyasının rəhbəri vəzifəsindən azad edib.
Əhali təşviş içində: Şəhərdə nəhəng uçan obyekt - VİDEO
Avqustun 8-də Şanxay səmasında nəhəng ölçülü NLO görünüb.
Fətullah Gülənlə bağlı TÜRKİYƏYƏ ŞAD XƏBƏR
“Bütün FETÖ-çülərin kəlləsini verəcəyik”.
Azərbaycan terror təşkilatları ilə əlaqədə şübhəli bilinən 2 nəfərin adını "qara siyahı"ya əlavə edib
Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Maliyyə Monitorinqi XidmətiBMT Təhlükəsizlik Şurasının İŞİD və “Əl-Qaidə” Sanksiya Komitəsinin avqustun 3-də qəbul edilmiş qərarlarına uyğun olaraq ümumi siyahını yeniləyib.
Dağıstanda polis naryadı atəşə tutulub, iki polis ölüb
Sergey İvanov Rusiya prezidenti administrasiyasının rəhbəri vəzifəsindən azad edilib
Sergey İvanov Rusiya prezidenti administrasiyasının rəhbəri vəzifəsindən azad edilib.














