FHN dağda azmış 2 nəfəri xilas edib

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə 11 avqust 2016-cı il saat 14:06-da İsmayıllı rayonu, Burovdal kəndi istiqamətində, Babadağ adlanan ərazidə 2 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur.

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə 11 avqust 2016-cı il saat 14:06-da İsmayıllı rayonu, Burovdal kəndi istiqamətində, Babadağ adlanan ərazidə 2 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. FHN-dən "Olaylar"a verilən məlumata görə, əraziyə cəlb olunan Nazirliyin Şimal-qərb Regional Mərkəzinin xilasedici heyəti mayor Qasımov Səfixan Səftər oğlu, baş çavuş Kərimov Elşad Məhəmməd oğlu, baş çavuş Ağayev Xəyal Sracəddin oğlu, çavuş Xəlilli Vilayət Fazil oğlu, çavuş Ədilov Valeh Əliabbas oğlunun və yerli sakin Ağayev Ağəmi Zənnic oğlunun gecə saatlarında 6 saat 30 dəqiqə sürən rəşadətli səyləri nəticəsində insan üçün keçilməz olan mürəkkəb relyefli dağ masivində vətəndaşlar tapılmış və təhlükəsiz əraziyə təxliyyə edilmişlər. Əməliyyat saat 07:00-da başa çatmışdır.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31