Türkiyəli diplomatlar Rusiya və ABŞ-a qaçıb

Türkiyənin Banqladeşdəki səfirliyinin əməkdaşı Rusiyaya, müvəqqəti işlər vəkili Əhməd Gürbüz  və başqa bir diplomat isə  ABŞ-a qaçıb. SİA  xəbər verir ki, bu barədə Daily Star diplomatik mənbələrə istinadən məlumat verib.

Nəşrin məlumatına görə, onlar Türkiyədə çevrilişə cəhddə iştirak etməkdə şübhəli bilinirlər. Rəsmi Ankara Banqladeşdəki səfirliyin üç əməkdaşını geri çağırıb. Rusiyaya qaçan diplomat  ailəsini də özü ilə götürüb.

Banqladeşin Xarici İşlər Nazirliyindəki mənbə bildirib ki, Ankara onların hər üçünün diplomatik pasportunu ləğv edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31