"Azərbaycan olimpiyaçıları bizi dəfələrlə sevindirəcəklər"

Azərbaycan Milli Olimpiya Komitəsi (MOK) İcraiyyə komitəsinin üzvü, milllət vəkili Rauf Əliyev Rio-de-Janeyro şəhərində keçirilən XXXI Yay Olimpiya Oyunlarında iştirak edən Azərbaycan nümayəndə heyətinin rəhbəri cənab İlham Mədətova məktub ünvanlayıb.

Bu haqda Milli.Az-a məlumat verən R.Əliyev məktubda bütün Azərbaycanın Olimpiadada çıxış edən idmançılarımızın uğurlarına sevindiklərini və onlardan çempionluq xəbərləri gözlədiklərini bildirib:

"İdmançılarımızın yarışlara uğurla başlaması bizi cox sevindirir. Cüdo yığma komandasının üzvləri Rüstəm Orucovun və Elmar Qasımovun gümüş medallar qazanması bütün  Azərbaycan xalqını sevindirdi. Hər iki idmançını ürəkdən təbrik edirəm və  onlara gələcəkdə də ancaq qələbələr arzu edirəm. İnanıram ki, Azərbaycan olimpiyaçıları qalan günlərdə də bizi dəfələrlə sevindirəcəklər. İdmançılarımıza böyük qələbələr arzulayıram".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31