Gündəm
Ali məktəblərə I mərhələdə qəbul olanların qeydiyyat müddəti uzadılıb
Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə müsabiqənin I mərhələsində qəbul olan şəxslərin qəbul olduqları ali təhsil müəssisələrində qeydiyyatı 26 avqust saat 17:00-dək uzadılıb.
İtaliyada zəlzələdə ölənlərin sayı 241 nəfərdir
Ötən gün İtaliyada baş vermiş zəlzələdə ölənlərin sayı daha əvvəl bildirildiyi kimi 247 deyil, 241 nəfərdir. RİA Novosti verdiyi məlumata görə, xəsarət alanların sayı isə 264 nəfərdir. Ən çox insan itkisi Amatriç şəhərində (146) qeydə alınıb.
İtaliyanın Azərbaycandakı səfirliyində bayraq yarıya qədər endirilib
İtaliyanın Azərbaycandakı səfirliyində bayraq bu ölkədə elan olunmuş matəmlə əlaqədar yarıya qədər endirilib.
Türkiyənin müxalifət lideri polislə terrorçular arasındakı atışmanın ortasında qalıb
Türkiyənin ana müxalifət lideri, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunun avtomobil karvanı Artvin vilayəti ərazisində hərəkət edərkən polislə terrorçular arasındakı atışmanın ortasında qalıb.
“Dini radikalizmə qarşı mübarizədə medianın rolu”
Mətbuat Şurasında media qurumları rəhbərlərinin iştirakı ilə tədbir keçirilib
Milli qəhrəmanlarımız vətənpərvərlik örnəyidir
Hər bir xalqın tarixin müxtəlif dövrlərində öz milli qəhrəmanları, tarixi sərkərdələri olur. Birmənalı olaraq xalq da hər zaman onların xatirəsini əziz tutur, onları yad edir, böyük ehtiram göstərir. Azərbaycanın da zaman-zaman öz sərkərdələri, qəhrəmanları olub. Onlarin şan-şöhrəti dünyanın dörd bir yanına yayılıb. Azərbaycan xalqı hər zaman öz qəhrəmanlarını böyük ehtiramla yad edib.
Bakıda Şəki və Oğuz rayonlarının incəsənət nümunələri təqdim olunacaq
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən yeni yaradılmış Bakı şəhəri, Nizami küçəsində yerləşən təsviri sənət məkanında Şəki və Oğuz rayonlarının folklor kollektivlərinin çıxışı ilə konsert proqramı təşkil olunacaq. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, konsert proqramı avqustun 25-də baş tutacaq. Tədbirdə həmçinin həmin bölgələrin el sənətkarlarının əl işlərinin sərgi-yarmarkası keçiriləcək.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin toplantısında Avropanın problemləri müzakirə ediləcək
Dünyanın tanınmış siyasətçiləri Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin IX Ali səviyyəli toplantısında Avropanın problemlərini müzakirə edəcək. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, V Qlobal Bakı Forumuna hazırlıq məqsədi daşıyan və bu il noyabrın 22-23-də Bosniya və Herseqovinada keçiriləcək toplantıda bu ölkənin Rəyasət Heyətinin üzvü Mladen İvaniç, Bolqarıstan Prezidenti Posen Plevneliyev, Makedoniya Prezidenti George İvanov, Monteneqro Prezidenti Filip Vuyanoviç, Albaniya Prezidenti Buyar Nişani iştirak edəcək. Bundan başqa, Xorvatiya, Rumıniya, Sloveniya, Serbiya və Yunanıstanın da hazırkı dövlət başçılarının iştirakı gözlənilir.
“Türkiyənin İŞİD əməliyyatı beynəlxalq hüquqa uyğundur”
“Türkiyə Ordusu 15 iyul hadisələri zamanı ciddi yara aldı, amma qısa zamanda toparlanaraq Cerabulsda əməliyyatlara başladı”. Bunu SİA-ya açıqlamasında Ankarada fəaliyyət göstərən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, politoloq Hasan Oktay Türkiyənin Suriyada başladığı əməliyyat və Rusiyanın bu məsələdə mövqeyini şərh edərkən bildirib.
Ərlə arvad öz dəfnlərini təşkil etdilər
Bosniya və Hersoqovinada övladları olmayan cütlük sağ ikən təkcə dəfn mərasimlərini təşkil etməyiblər, həm də orada iştirak ediblər. Modern.az xrici mediaya istinadən xəbər verir ki, 61 yaşlı Draqan Mariç və onun 65 yaşlı arvadı Draqitsa 200 qonağın iştirakı ilə vida çıxışlarını ediblər.
Putin: Rusiya idmanın təmizliyi uğrunda mübarizəni davam etdirəcək
Rusiya idmanın təmizliyi uğrunda mübarizəni davam etdirəcək.
Gülənin təpiklədiyi imama daha bir zərbə
Türkiyədə iyulun 15-də hərbi çevrilişə cəhdin hazırlanmasında və idarə olunmasında suçlanan Fətullah Gülənin "sağ əli", "İmam Cevdet" kimi tanınan Cevdet Türkyolu ilə qohumlarının Sakarya vilayətindəki bütün daşınmaz əmlakları müsadirə olunub.
İşdən çıxarılan prorektorun “NUR” məscidi aşkarlandı –Yardımlıda
Qafqaz Universitetinin işdən çıxarılan prorektoru Şaiq Nəbiyevlə bağlı maraqlı məlumatlar üzə çıxıb.
Beyonsun səsini eşitdi, kompüteri pəncərədən atdı
Amerikalı müğənni Mariah Keri və nişanlısı Ceyms Paker evdə musiqi dinləyərkən mübahisə düşüb.
Putin orduda ani yoxlamalara başladı
Rusiya Müdafiə Nazirliyi Silahlı Qüvvələrin Ali Baş Komandanı Vladimir Putinin əmri ilə qəfil yoxlamalara start verib.














