Gülənin təpiklədiyi imama daha bir zərbə
Türkiyədə iyulun 15-də hərbi çevrilişə cəhdin hazırlanmasında və idarə olunmasında suçlanan Fətullah Gülənin "sağ əli", "İmam Cevdet" kimi tanınan Cevdet Türkyolu ilə qohumlarının Sakarya vilayətindəki bütün daşınmaz əmlakları müsadirə olunub.
25 Avqust 2016 15:32 DünyaTürkiyədə iyulun 15-də hərbi çevrilişə cəhdin hazırlanmasında və idarə olunmasında suçlanan Fətullah Gülənin "sağ əli", "İmam Cevdet" kimi tanınan Cevdet Türkyolu ilə qohumlarının Sakarya vilayətindəki bütün daşınmaz əmlakları müsadirə olunub.
Milli.Az DHA-ya istinadən bildirir ki, bu müsadirə Türkiyədə Fətullahçı Terror Təşkilatına (Fetullahcı Terör Örgütü, FETÖ) qarşı aparılan mübarizə çərçivəsindədir.

Sakarya Cumhuriyyət Prokurorluğundan verilən məlumata görə, FETÖ üzvləri üçün imam olan C.Türkyolu təşkilatın Türkiyədəki qanunsuz əmlaklarını, maliyyə vəsaitini və s. idarə edirdi. C.Türkyolu ilə qohumlarının daşınmaz əmlakları ilə yanaşı, onların müxtəlif şirkətlərdəki səhm payları, "qara kassa"lardakı pulları, qiymətli kağızlar və s. də əllərindən alınıb.
"Uzun Cevdet" ləqəbi ilə tanınan Cevdet Türkyolunun Sakaryada 24, İstanbulda 11, İzmitdə 3, Ankarada 1 villa və lüks apartamenti var.

ABŞ-ın Pensilvaniya ştatında, Fətullah Gülənin nəhəng malikanəsində yaşayan Cevdet Türkyolu üçün orada 3 mərtəbəli villa ayrılıb. Onun ştatda daha 2 villası, habelə banklarda təqribən 1,8 milyon dolları var.
Vaxtilə FETÖ üzvü olmuş Hüseyn Gülercenin dediyinə görə, Fətullah Gülen "sağ qolu" C.Türkyolunu möhkəm döyüb: "Bir dəfə Gülənin yanına gedəndə dedilər ki, çox hirslənib, Cevdetə söyüb, sonra onu yerə yıxıb təpikləyib".
Cevdet Türkyolunun xanımı Mebruke isə F.Gülənin bacısı qızıdır.