Bakıda Şəki və Oğuz rayonlarının incəsənət nümunələri təqdim olunacaq
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən yeni yaradılmış Bakı şəhəri, Nizami küçəsində yerləşən təsviri sənət məkanında Şəki və Oğuz rayonlarının folklor kollektivlərinin çıxışı ilə konsert proqramı təşkil olunacaq. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, konsert proqramı avqustun 25-də baş tutacaq. Tədbirdə həmçinin həmin bölgələrin el sənətkarlarının əl işlərinin sərgi-yarmarkası keçiriləcək.
25 Avqust 2016 15:41 SosialMədəniyyət və Turizm Nazirliyi tərəfindən yeni yaradılmış Bakı şəhəri, Nizami küçəsində yerləşən təsviri sənət məkanında Şəki və Oğuz rayonlarının folklor kollektivlərinin çıxışı ilə konsert proqramı təşkil olunacaq. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, konsert proqramı avqustun 25-də baş tutacaq. Tədbirdə həmçinin həmin bölgələrin el sənətkarlarının əl işlərinin sərgi-yarmarkası keçiriləcək.
Qeyd edək ki, layihə çərçivəsində təsviri sənət məkanında 20-23 avqust 2016-cı il tarixində Şamaxı rayonunun "Şirvan" folklor ansamblının, İsmayıllı rayonundan "Lahıc" folklor ansamblının, Qəbələ rayonundan "Zopu-Zopu" etnoqrafik folklor rəqs ansamblının kollektivlərinin konsert proqramı keçirilib.