Gündəm
“Çilov” yatağında yeni quyu qazılır
"Çilov” yatağındakı 112 saylı özüldən 116 nömrəli quyuda qazma işlərinə başlanılıb. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, layihə dərinliyi 1500 metr olan quyu Kompleks Qazma İşləri Tresti tərəfindən Qala Lay Dəstəsinə qazılır. Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 5 ton neft hasil ediləcək. Quyuda istismar işləri “Azneft” İB-nin “28 May” Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçiriləcək.
Əhməd Şahidov ATƏT-in tədbirində Azərbaycana qarşı irəli sürülən iddiaları alt-üst etdi
Polşanın paytaxtı Varşava şəhərində ATƏT-in Demokratik İnstitutlar və İnsan Haqları Ofisinin təşkil etdiyi illik Zirvə Toplantısı öz işini davam etdirib. “OLAYLAR”-ın xəbərinə görə, tədbirdə ATƏT üzvü olan 57 ölkənin nümayəndələri – səfirlər, diplomatlar, beynəlxalq təşkilatların rəhbərləri, habelə hüquq müdafiəçiləri və ictimai-siyasi fəallar iştirak edirlər. "Sərbəst toplaşmaq azadlığı” mövzusunda keçirilən müzakirələrdə yaxından iştirak edən Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov Azərbaycanda sərbəst toplaşmaq azadlığı barədə danışıb və müxalif qüvvələrin son mitinqləri haqqında məlumat verib.
Nümayəndə heyəti Kazanda
Sentyabrın 22-dən başlayaraq Rusiya Federasiyası Tatarıstan Respublikasının Kazan şəhərində “Yeni nəsil: sərhədsiz məsuliyyət” lV Rusiya-Azərbaycan Gənclər Forumu keçiriləcək. GIN-dən “OLAYLAR”-a bildirilib ki, Azərbaycan Respublikasının nümayəndə heyəti də Foruma qatılacaq. 25 Sentyabr tarixinədək davam edəcək forumun məqsədi iki ölkə gəncləri arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsi, mədəniyyətlərarası dialoqun dəstəklənməsi, gənc nəslin regionun dinc və davamlı inkişafında məsuliyyətinin artırılmasından ibarətdir. Forumda Azərbaycan Respublikası və Rusiya Federasiyasının gənclər sahəsinə cavabdeh dövlət orqanlarının və qeyri-hökumət təşkilatları nümayəndələrinin, ictimai fəal gənclərin, gənc alimlərin və tədqiqatçıların iştirakı nəzərdə tutulub.
Daha 10 dini icmaya maliyyə yardımı ayrılıb
Sentyabrın 22-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) maliyyə yardımı ayrılmış daha 10 dini icma sədrinin iştirakı ilə toplantı keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı ölkəmizdəki dini durum barədə toplantı iştirakçılarına geniş məlumat verərək bildirib ki, müstəqillik əldə etdikdən sonra xalqımızın milli-mənəvi dəyərlərinə qayıdışı prosesi sürətlənib, dinə dövlət qayğısı özünün ən yüksək həddinə çatdırılıb. Səyyad Salahlı dövlətin daim dindarların və dini icmaların yanında olduğunu, mütəmadi olaraq İslam və qeyri-islam dini icmalarına maliyyə vəsaiti ayırdığını vurğulayıb. Komitə sədrinin birinci müavini, eyni zamanda, dini icma sədrlərinə məzhəblərarası qarşıdurmaya sövq edən hərəkətlərin qarşısını almağı, rəhbərlik etdikləri icmaların radikalizmlə ideoloji mübarizə istiqamətində fəaliyyət göstərmələrini tövsiyə edib.
Onlar sonra özləri Azərbaycanın ayağına gəlirlər...
"Son zamanlar bəzi beynəlxalq qurumların bəlli çevrələrin diktəsi altında Azərbaycana qarşı sifarişlər yerinə yetirdiklərini, Azərbaycanın imicinə xələl gətirən hərəkətlərə yol verdiklərini dəfələrlə görmüşük. Elə bu ərəfələrdə prezident İlham Əliyevin ölkəmizdə səfərdə olan Avropa Parlamentinin Azərbaycanla dostluq qrupu təmsilçiləri ilə görüşündə söylədikləri və elə bu səfərin özü açıq şəkildə göstərdi ki, o qurumlar ki bəlli çevrələrin təsiri altında olur, gec-tez öz səhvlərini anlayır və daha sonra özləri Azərbaycanın ayağına gəlirlər".
Meryem "Eşkiya dünyaya hükümdar olmaz"da nə qədər qazanacaq?
"Eşkiya dünyaya hükümdar olmaz" serialıyla ekranlara dönməyə hazırlaşan Meryem Uzerlinin hər seriyadan qazanacağı məbləğ bəlli olub.
İki uşaqları var, amma hələ indi evlənirlər
Aktrisa Eva Mendes və aktyor Rayan Qoslinq 5 illik münasibətdən sonra ailə qurmaq qərarına gəliblər.
Məhkəmə binasında polis əməliyyatı
Türkiyədə Fəthullah Gülən hərəkatı ilə mübarizə çərçivəsində polis İstanbulun "Anadolu" məhkəməsinin binasında əməliyyat aparır.
Azərbaycana qarşı təzyiqlərin arxasında nə dayanır?
Azərbaycan yenə də Qərbin, Avropanın sözdə demokrat, əməldə isə demokratik dəyərlərdən tamamilə uzaq, fəaliyyətləri yalnız qərəz, şər-böhtan üzərınidə qurulmuş məlum şəbəkəsinin hədəfinə çevrilib.
Azərbaycan vətəndaşları siyasi islahatlara “HƏ” deyəcək”
Azərbaycan mühüm siyasi hadisə ərəfəsindədir. Məlum olduğu kimi sentyabrın 26-da Azərbaycanda konstitusiyaya əlavə və dəyişikliklər məqsədilə ümumxalq səsverməsi-referendum keçiriləcək. Müəyyən beynəlxalq təşkilatların, antiAzərbaycan şəbəkənin, onların daxildəki əlaltılarının prosesə mane olmaq, bu islahatlar barədə mənfi rəy yaratmaq cəhdlərinə baxmayaraq referendum öncəsi ölkə vətəndaşları ilə keçirilən görüşlər onu deməyə əsas verir ki, cəmiyyətin mütləq əksəriyyəti bu dəyişiklikləri dəstəkləyir. Çünki konstitusiya dəyişiklikləri dövlətçilik maraqlarına, xalqın mənafelərinə xidmət edir. Ötən illərdə Azərbaycan hakimiyyətinin xalqın maraqlarının təmin olunması, onun sosial rifahının yaxşılaşdırılması istiqamətində atmış olduğu addımlar xalqla hakimiyyətin vəhdəti, birliyini təmin etdiyi üçün, ölkə ictimaiyyəti Prezidentin bu təşəbbüsünü də təqdir edir.
Türkiyə təyyarəsində HƏYƏCAN
"Türk Hava Yolları"nın təyyarəsi Trabzon şəhərində təcili eniş edib.
Avropa təşkilatları Azərbaycan prezidentinin çıxışından nəticə çıxarmalıdır
Prezident İlham Əliyev Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin nümayəndə heyəti və Avropa Parlamentinin Böyük Britaniyadan olan deputatı, mühafizəkarlar və islahatçılar qrupunun təmsilçisi Sayyad Kərimli ilə görüşü zamanı səsləndirdiyi fikirlər əslində beynəlxalq aləmə bir mesaj kimi qəbul olunmalıdır.
Dövlət vəsaitlərindən istifadənin səmərəliliyi təmin olunacaq
Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin icra hakimiyyətləri ilə bağlı imzalamış olduğu fərman ətrafında müzakirələr hələ də davam edir və , həmin sənədə dair müxtəlif yanaşmalar ortaya qoyulur. Məlumat üçün qeyd edək ki, dövlət başçısı bu ayın 15-də i icra hakimiyyəti orqanlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların fəaliyyətində satınalmaların səmərəliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqda fərman imzalamışdı. Həmin fərman əsasında yerli icra hakimiyyətləri artıq satınalmalarda iştirak edə bilməyəcəklər. Bəs görəsən belə bir fərmanın imzalanması hansı zərurətdən meydana çıxıb və onun icrası hansı müsbət nəticələrə gətirib çıxaracaq?
Türkiyə daim Azərbaycanı dəstəkləyib
Türkiyə daim Azərbaycanı dəstəkləyib və həmişə onun yanında olacaq. Trend bildirir ki, bunu jurnalistlərə Azərbaycanda diplomatik missiyasını başa vuran səfir İsmayıl Alper Coşqun deyib.














