Nümayəndə heyəti Kazanda
Sentyabrın 22-dən başlayaraq Rusiya Federasiyası Tatarıstan Respublikasının Kazan şəhərində “Yeni nəsil: sərhədsiz məsuliyyət” lV Rusiya-Azərbaycan Gənclər Forumu keçiriləcək. GIN-dən “OLAYLAR”-a bildirilib ki, Azərbaycan Respublikasının nümayəndə heyəti də Foruma qatılacaq. 25 Sentyabr tarixinədək davam edəcək forumun məqsədi iki ölkə gəncləri arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsi, mədəniyyətlərarası dialoqun dəstəklənməsi, gənc nəslin regionun dinc və davamlı inkişafında məsuliyyətinin artırılmasından ibarətdir. Forumda Azərbaycan Respublikası və Rusiya Federasiyasının gənclər sahəsinə cavabdeh dövlət orqanlarının və qeyri-hökumət təşkilatları nümayəndələrinin, ictimai fəal gənclərin, gənc alimlərin və tədqiqatçıların iştirakı nəzərdə tutulub.
22 Sentyabr 2016 13:32 SosialSentyabrın 22-dən başlayaraq Rusiya Federasiyası Tatarıstan Respublikasının Kazan şəhərində "Yeni nəsil: sərhədsiz məsuliyyət" lV Rusiya-Azərbaycan Gənclər Forumu keçiriləcək. GIN-dən "OLAYLAR"-a bildirilib ki, Azərbaycan Respublikasının nümayəndə heyəti də Foruma qatılacaq. 25 Sentyabr tarixinədək davam edəcək forumun məqsədi iki ölkə gəncləri arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsi, mədəniyyətlərarası dialoqun dəstəklənməsi, gənc nəslin regionun dinc və davamlı inkişafında məsuliyyətinin artırılmasından ibarətdir. Forumda Azərbaycan Respublikası və Rusiya Federasiyasının gənclər sahəsinə cavabdeh dövlət orqanlarının və qeyri-hökumət təşkilatları nümayəndələrinin, ictimai fəal gənclərin, gənc alimlərin və tədqiqatçıların iştirakı nəzərdə tutulub.
Qeyd etmək istərdik ki, bu ilki Forum 2011-ci və 2012-ci illərdə Azərbaycan tərəfinin təşəbbüsü ilə Bakı şəhərində, daha sonra isə 2013-cü ildə Rusiya Federasiyası Çeçenistan Respublikasının Qrozniy şəhərində keçirilmiş "Yeni nəsil: sərhədsiz məsuliyyət" adlı Forumların davamıdır.