Azərbaycana qarşı təzyiqlərin arxasında nə dayanır?
Azərbaycan yenə də Qərbin, Avropanın sözdə demokrat, əməldə isə demokratik dəyərlərdən tamamilə uzaq, fəaliyyətləri yalnız qərəz, şər-böhtan üzərınidə qurulmuş məlum şəbəkəsinin hədəfinə çevrilib.
22 Sentyabr 2016 13:13 SiyasətTahir Mirkişili: "Prezidentin qətiyyətli mövqeyi Azərbaycanı istəməyən qüvvələri belə qərəzli bəyanatlar verməyə sövq edir"
Azərbaycan yenə də Qərbin, Avropanın sözdə demokrat, əməldə isə demokratik dəyərlərdən tamamilə uzaq, fəaliyyətləri yalnız qərəz, şər-böhtan üzərınidə qurulmuş məlum şəbəkəsinin hədəfinə çevrilib. Ənənəvi qaydada, ölkə mühüm siyasi proseslər ərəfəsində olanda müşahidə edilən təzyiq elementləri yenidən gündəmə gəlib. Yenə də Azərbaycana qarşı hücum bir neçə cəbhə üsrə aparılır. Əsas etibarilə yenə də proseslərdə Birləşmiş Ştatlar-Avropa-Azərbaycan müxalifətinin radikaıl qanadı xətti özünü büruzə verir. Belə ki, radikalların okeanın o tayına, Avropanın siyasi təsisatlarına, beynəlxalq təşkilat və qurumlarına göndərdiyi yalan, heç bir həqiqəti əks etdirməyən "materiallar" əsasında Azərbaycana qarşı qərəzli rəylər hazırlanır, qətnamələr qəbul olunur, dinləmələr keçirilir. Bu günlərdə Birləşmiş Ştatlarda antiAzərbaycan qüvvələrin təşəbbüsü və ciddi cəhdi nəticəsində ölkəmizlə bağlı keçirilən dinləmələr, həmçinin Venesiya Komissiyasının Referendum Aktı ilə bağlı birtərəfli qaydada ilkin rəy hazırlayaraq Azərbaycan barədə həqiqəti əks etdirməyən məqamları önə çıxarması deyilınləri təsdiqləyir. Məlumat üçün qeyd edək ki, enesiya Komissiya ənənəvi, ölkəmizlə bağlı hər hansı bir rəy hazırlayarkən Azərbaycanla məsləhətləşmələr aparmaq prosedurunu kobud şəkildə pozaraq birtərəfli qaydada rəy hazırlayıb. Həmin rəydə Komissiya əsassız olaraq referenduma çıxarılacaq bir sıra dəyişiklikləri antidemokratik hesab edib. Venesiya Komissiyasının sentyabrın 26-da ümumxalq səsverməsinə çıxarılacaq Referendum Aktı ilə əlaqədar olaraq qərəzli yanaşma ortaya qoyması Azərbaycan cəmiyyətində haqlı narazılığa səbəb olub. Ölkə rəsmiləri, millət vəkilləri, ictimai-siyasi təşkilat rəhbərləri, vətəndaş vəmiyyətinin nümnayəndələri Venesiya Komissiyasının Azərbaycana qarşı olan münasibətini qərəzli hesab ediblər. Milli Məclisin deputatı Tahir Mirkişili də hesab edir ki, müntəzəm olaraq müəyyən təşkilat və qurumlar tərəfindən Azərbaycana qarşı qərəzli yanaşma olur. Millət vəkili "OLAYLAR"-a verdiyi müsahibədə bildirib ki, Azərbaycan Prezidentinin qətiyyətli mövqeyi Azərbaycanı istəməyən qüvvələri belə qərəzli bəyanatlar verməyə sövq edir.
-Tahir müəllim, bu günlərdə Venesiya Komissiyası sentyabrın 26-da ümumxalq səsverməsinə çıxarılacaq Referendum Aktı ilə bağlı ilkin rəyini açıqlayıb. Ancaq bir qayda olaraq bu kimi rəylər hazırlanarkən Komissiya Azərbaycanın da mövqeyini nəzərə alırdı. Lakin Referendum Aktı ilə bağlı rəydə Azərbaycanın mövqeyinin nəzərə alınmaması bunun bir siyasi sifariş olduğunu söyləməyə əsas verirmi?
. Venesiya Komissiyası konsultativ orqandır. Əsas məqsədi Avropa Şurasına üzv ölkələrə hüquqi məsələlər üzrə məsləhət verməklə onlarla əməkdaşlıq etməkdir. Bu məqsədlə üzv ölkələrlə görüşlər keçirilir, məsləhətləşmələr aparılır. Ancaq referendum aktı ilə bağlı komissiyanın qısa bir zamanda, məsləhətləşmələr aparmadan, dərin təhlil etmədən birtərəfli qaydada rəyin açıqlanması qərəzli niyyətdən xəbər verir. Təbii ki, hər hansı məsələ ilə bağlı fikir müxtəlifliyi ola bilər. Amma bu müxtəliflik beynəlxalq təcrübədə qarşılıqlı məsləhətləşmələr, dialoq vasitəsilə aradan qaldırılır. Nədənsə Venesiya Komissiyası qarşılıqlı etimad yaradan bu təcrübədən istifadə etmədi.
-Venesiya Komissiyasının irəli sürdüyü iradlardan birin Azərbaycanda konstitusiya dəyişikliuyi əsasında yeni yaradılacaq vitse-prezidentlik postu ilə bağlıdır və qurum bunu qeyri-demokratik addım hesab edir. Bu gün Birləşmiş Ştatlarda da eyni postun olduğunu nəzərə alsaq Venesiya Komissiyasının ölkəmizə qarşı qərəzli yanaşdığını söyləyə bilərikmi?
-Vitse-prezidentlik institutu prezident üsul idarəsinin tətbiq olunduğu bir çox ölkələrdə var və uğurla tətbiq olunur. Birləşmiş Ştatlarda da bu post 200 ildən artıqdır ki, təsis olunub, Həmçinin İsveçrədə uğurla tətbiq olunur. Əsas məqsəd fövqəladə hallarda ölkənin siyasi sabitliyini qoruyub saxlamaq və iş prosesində Prezidentə yardım etməkdir. Burda hər hansı bir etiraz məntiqə sığmır. Nəzərə alsaq ki, vitse-prezidentləri xalqın seçdiyi Prezidentin təyin etməsi nəzərdə tutulur, bu siyasi etimad pillələrinin dayanıqlı qurulması anlamına gəlir.
-Başqa bir irad prezidentilik müddətinin 7 ilə qədər artırılması ilə bağlıdır. Məlumdur ki, İsrail, Kipr eləcə də bəzi Avropa ölkələrində prezidentlik müddəti 7 ildir. Venesiya Komissiyasının həmin ölkələrə yox, məhz Azərbaycana etiraz etməsi sizcə nə dərəcədə məntiqlidir?
-Bəzi Avropa ölkələrində də prezidentlik müddətinin 7 il olması təsbit edilib. Müddətlərin fərqli olması o ölkənin qarşısında duran çağırışlardan asılıdır.
Azərbaycanın qarşısında duran çağırışlar bu müddətin 7 il olmasını labüd edir. Buna irad tutmaq məntiqdən çox uzaqdır və siyasi demaqoqiyadır.
-Ümumiyyətlə, referendum ərəfəsində Qərbdən, Avropadan Azərbaycana qarşı artan təzyiqlərin arxasında sizcə hansı məqsəd dayanır?
-Əslində belə qərəzli fikirlər hər zaman olub. Azərbaycan gücləndikcə, müstəqilliyini daha da möhkəmləndirdikcə bəzi xarici dairələr bundan narahat olur. Xüsusilə , Azərbaycan Prezidentinin qətiyyətli mövqeyi Azərbaycanı istəməyən qüvvələri belə qərəzli bəyanatlar verməyə sövq edir. Amma bu qüvvələr də elə bəyanatlardan o tərəfə gedə bilmirlər. Digər tərəfdən çoxsaylı beynəlxalq ekspertlər, müşahidəçilər tərəfindən referendum aktı ilə nəzərdə tutulmuş dəyişikliklərin beynəlxalq standartlara tam cavam verdiyi təsbit edilmişdir. Ancaq əsas olan xalqın fikridir.
Süleyman İsmayılbəyli