Gündəm

Havalar qeyri-sabit keçəcək - sulu qar yağacaq

22 Sentyabr 2016 13:00

Sentyabrın 23-ü gündüzdən 25-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndələri Bill Klintonla görüşüb

22 Sentyabr 2016 12:58

Nyu-Yorkda səfərdə olan Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) nümayəndə heyəti Amerika Birləşmiş Ştatlarının və dünyanın nüfuzlu siyasətçiləri, iş adamları və dövlət xadimləri ilə görüşlərini davam etdirir.

Gömrükçülər xeyli sayda aksiz markasız siqaret aşkar ediblər

22 Sentyabr 2016 12:55

Aksiz markasız tütün məmulatını satmaq məqsədilə daşıyan avtomobil saxlanılıb. Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə aksiz markası ilə markalanmalı olan məhsulları belə marka olmadan satma və satış məqsədilə saxlama barədə əməliyyat məlumatı daxil olub.

Bakcell abunəçiləri fakturasız xətt tarif paketlərindən fakturalı xətt tarif paketlərinə keçə biləcəklər

22 Sentyabr 2016 12:54

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti öz abunəçilərinin qayğısına qalaraq onların rahatlığını təmin etmək məqsədilə yeni fürsət təqdim edir. Belə ki, 26 sentyabr 2016-cı il tarixindən etibarən Bakcell abunəçilərinə fakturasız xətt tarif paketlərindən fakturalı xətt tarif paketlərinə keçid imkanı təklif edəcək. Bu təklif abunəçilərə zəng etmək yolu ilə təqdim olunacaq.

Qazaxıstan Prezidentinin Azərbaycana səfər tarixi məlum oldu

22 Sentyabr 2016 12:52

Qazaxıstan Prezidentinin Azərbaycana səfər tarixi məlum olub.

Xəbərdarlıq: güclü külək əsəcək, dolu düşəcək

22 Sentyabr 2016 12:51

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Məzahir Pənahov: Referendumu izləmək üçün 117 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib

22 Sentyabr 2016 12:49

Sentyabrın 26-da Azərbaycanda keçiriləcək referendumu izləmək üçün bu günə qədər 117 beynəlxalq müşahidəçi Mərkəzi Seçki Komissiyasında akkreditasiyadan keçib. Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında MSK sədri Məzahir Pənahov deyib.

“İskəndər” İrəvan üçün “sehrli çubuq” hesab oluna bilməz” Erməni KİV-i

22 Sentyabr 2016 12:46

Ermənistanda bu ölkənin 25 illiyi ilə bağlı keçirilən hərbi paradda Rusiyadan alınmış operativ-taktiki “İskəndər” raketləri nümayiş edilib. Lakin bir sıra erməni kütləvi informasiya vasitələri bu silahın Ermənistan üçün xilaskarlıq rolu oynayacağına şübhə ilə yanaşırlar.

Boliviya prezidentindən BMT-də qalmaqallı çıxış  “ABŞ riyakardır!”

22 Sentyabr 2016 12:45

Boliviya prezudenti Evo Morales ABŞ-ın Suriyanın Dəyr-əz-Zor yaşayış məntəqəsində sərgilədiyi hərbi mövqeyini sərt şəkildə tənqid edib. O, amerikalıları riyakar adlandıraraq deyib ki, ABŞ Rusiya ilə razılaşma əldə etdikdən sonra Suriya hərbçilərinə havadan zərbə endirib və bununla razılaşmanı pozub. SİA xəbər verir ki, bu barədə Suriyanın rəsmi sana.sy agentliyi yazır.  

ABŞ-da polis yenə günahsız insanları güllələyir

22 Sentyabr 2016 12:43

ABŞ-ın Şimali Karolina ştatında polislərin qaradərili şəxsin qətlə yetirmələrindən sonra Şarlott şəhərində başlanmış iğtişaşlarda 12 polis əməkdaşı yaralanıb.

"O, "Barselona"nın Bekkenbaueri ola bilər"

22 Sentyabr 2016 12:41

"Barselona"nın keçmiş futbolçusu Erik Abidal həmyerlisi Samuel Umtiti haqda maraqlı açıqlamalar verib. Goal.az xəbər verir ki, fransız müdafiəçi Umtitinin ondan daha yaxşı olduğunu dilə gətirib: "O, məndən daha yaxşı futbolçudur. "Barselona"nın Bekkenbaueri ola bilər".

Günel sevgilisi haqda: "Ailəsi mənə dəstək olur"

22 Sentyabr 2016 12:40

Türkiyədə yaşayan müğənni Azəri Günel Zeynalova sevgilisindən danışıb.  Axşam.az bildirir ki, "TV360"da yayımlanan "Her şey dahil" verilişinə qonaq olan ifaçı ailəsinin bu münasibəti dəstəklədiyini söyləyib:

Bunlar Ermənistanın "İsgəndər" raketlərinin nümayişinə verilən cavablar idi

22 Sentyabr 2016 12:38

Həm Zakir Həsənovun açıqlaması, həm də eyni gündə prezident İlham Əliyevin Azərbaycan hərbi-sənaye kompleksinin istehsalı olan "Zərbə" pilotsuz uçuş aparatlarına baxış keçirməsi Ermənistanın "İsgəndər" raketlərinin nümayişinə verilən cavablar idi.

Eks-nazir Azərbaycana dair məqaləyə qarşı SƏRT DANIŞDI

22 Sentyabr 2016 12:36

Böyük Britaniyanın baş nazirinin Azərbaycan, Qazaxıstan və Türkmənistan üzrə sabiq ticarət elçisi və keçmiş energetika və iqlim dəyişikliyi naziri Çarlz Hendri "Financial Times"da dərc edilən Azərbaycana dair məqaləyə qarşı sərt çıxış edib.