"O, "Barselona"nın Bekkenbaueri ola bilər"

"Barselona"nın keçmiş futbolçusu Erik Abidal həmyerlisi Samuel Umtiti haqda maraqlı açıqlamalar verib. Goal.az xəbər verir ki, fransız müdafiəçi Umtitinin ondan daha yaxşı olduğunu dilə gətirib: "O, məndən daha yaxşı futbolçudur. "Barselona"nın Bekkenbaueri ola bilər".

Bundan əlavə, 37 yaşlı futbolçu Aleks Vidal haqda da öz fikirlərini bölüşüb: "Vidalın o cinahda oynaması çox çətindir. Ya baş məşqçisi ilə danışmalıdır, ya da "Barselona"dan ayrılmalıdır".

Qeyd edək ki, Erik Abidal 2007-2013-cü illərdə "Barcelona"nın şərəfini qoruyub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31