Eks-nazir Azərbaycana dair məqaləyə qarşı SƏRT DANIŞDI
Böyük Britaniyanın baş nazirinin Azərbaycan, Qazaxıstan və Türkmənistan üzrə sabiq ticarət elçisi və keçmiş energetika və iqlim dəyişikliyi naziri Çarlz Hendri "Financial Times"da dərc edilən Azərbaycana dair məqaləyə qarşı sərt çıxış edib.
22 Sentyabr 2016 12:36 SiyasətBöyük Britaniyanın baş nazirinin Azərbaycan, Qazaxıstan və Türkmənistan üzrə sabiq ticarət elçisi və keçmiş energetika və iqlim dəyişikliyi naziri Çarlz Hendri "Financial Times"da dərc edilən Azərbaycana dair məqaləyə qarşı sərt çıxış edib.
Trend bildirir ki, o, Nika Batlerin "Azərbaycanda çoxlu kommersiya imkanları mövcuddur" başlıqlı məqaləsini tanımadığını deyib.
Ç.Hendri bildirib: "Bu, gənc ölkədir və heç kəs bəzi dəyişikliklərin tələb olunduğunu inkar etməyəcək. Amma Batlerin məqaləsi bürokratiyanın və korrupsiyanın qarşısını almaq, "biznesin aparılmasının asanlığı" üzrə dünya reytinqində irəliləmək üçün hökumətin apardığı islahatlar dövründə çıxdı. Azərbaycan biznesin asan açılması üzrə dünyada ən yaxşı ölkələrdən biri sayılır".
O, Batlerə ən yaxşı məsləhət kimi ölkəyə səfər etməyi tövsiyə edib.