Avropa təşkilatları Azərbaycan prezidentinin çıxışından nəticə çıxarmalıdır
Prezident İlham Əliyev Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin nümayəndə heyəti və Avropa Parlamentinin Böyük Britaniyadan olan deputatı, mühafizəkarlar və islahatçılar qrupunun təmsilçisi Sayyad Kərimli ilə görüşü zamanı səsləndirdiyi fikirlər əslində beynəlxalq aləmə bir mesaj kimi qəbul olunmalıdır.
22 Sentyabr 2016 13:07 SiyasətDeputat: "Avropa parlamenti və qurumları Azərbaycana qarşı qərəzdən əl çəkməsələr münasibətlər heç də yaxşı olmayacaq"
Prezident İlham Əliyev Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin nümayəndə heyəti və Avropa Parlamentinin Böyük Britaniyadan olan deputatı, mühafizəkarlar və islahatçılar qrupunun təmsilçisi Sayyad Kərimli ilə görüşü zamanı səsləndirdiyi fikirlər əslində beynəlxalq aləmə bir mesaj kimi qəbul olunmalıdır. Çünki, Azərbaycan prezidenti öz çıxışında ölkəmizlə bağlı reallıqları açıq şəkildə ortaya qoydu və bunu görməyənlərə demokratiya dərsi verdi. Məlum olduğu kimi Avropa dövlətləri fundamental hüquqlardan olan insan hüquqlarını əlində bayraq tutaraq inkişaf etməkdə olan ölkələrə öz iddialarını ixrac etməyə çalışırlar. Buna nail omaqdan ötrü ixtisaslaşmış beynəlxalq təşkilatlarının imkanlarından istifadə edirlər. Nəzərə alsaq ki, sözügedən beynəlxalq təşkilatların əksəriyyətinə Avropa mənşəli insanlar rəhbərlik edir, onda dediklərimizi sübut etmək üçün əlavə fakta ehtiyac qalmaz. Siyasi məqsədlərə xidmət üçün hazırlanan "hesabat"larda avropalıların dili lə desək, "ipə-sapa yatmayan dövlətləri", əslində isə müstəqil siyasət yürüdən ölkələri hədəfə alır, həmim ölkələrdə guya insan hüquqlarının pozulduğunu iddia edərək təzyiq obyektinə çevirirlər. Xatırladaq ki, Azərbaycan da illərlədir ki, bu iyrəns siyasətin mövcudluğundan əziyyət çəkir. Ancaq, artıq vaxt və şarait yetişib ki, Azərbaycan ölkədə həyata keçirilən demokratik, hüquqi islahatlar mədəniyyətini xarici ölkələrə, xüsusən özünü "demokratiyanın beşiyi" hesab edən Avropa dövlətlərinə idxal etsin. Etiraf edək ki, prezident İlham Əliyevin çıxışı məhz bu sindromun sındırılmasında əhəmiyyətli rol oynayacaq. Heç şübhəsiz ki, yalan üzərində qurulan anti-Azərbaycan siyasəti fiaskoya uğrayacaq.
Azərbaycan Prezidenti İlham Əliyev məlum görüşdə bilririb ki, Azərbaycanda insan haqları ilə bağlı vəziyyət hesabatlarda əksini tapdığı kimi deyil: "Burada deyilir ki, son bir neçə ildə ümumilikdə Azərbaycanda insan haqları ilə bağlı vəziyyət pisləşib. Bu, doğru deyil. Azərbaycanda insan haqları ilə bağlı vəziyyət yaxşılaşır. Ölkəmiz demokratik inkişafa və insan haqlarının qorunması işinə sadiqdir. Düşünürəm ki, burada insan haqlarının qorunması ilə bağlı vəziyyət daha müsbət qiymətləndirmə tələb edir. Burada bilmirəm qəsdən və ya yanlışlıqla səhv informasiyaya əsaslanan bir neçə məsələ var. Onlardan biri odur ki, jurnalistlər və vətəndaş cəmiyyəti nümayəndələri davamlı hədə və təqiblərə məruz qalırlar. Onların arasında Meydan TV-nin direktoru Emin Milli ölümlə hədələnib. Bu, səhvdir və yalandır. O, heç vaxt ölümlə hədələnməyib. Bilmirəm niyə burada belə yazılıb. Ola bilsin ki, bu, yenə də Azərbaycan əleyhinə kampaniyanın bir hissəsidir. Hüquq müdafiəçisi Emin Hüseynov saxta ittihamlarla üzləşəndən sonra İsveçrədən sığınacaq istəyib və Azərbaycan vətəndaşlığından məhrum edilib. Bu da səhv informasiyaya əsaslanır. Bu şəxs mənə məktub yazaraq onu vətəndaşlıqdan məhrum etməyi xahiş edib. Bu, Azərbaycan qanunvericiliyinə əsasən edilib. Onu bir neçə ay səfirliyində gizləndiyi İsveçrənin xarici işlər naziri buraya gələrək öz təyyarəsi ilə İsveçrəyə aparıb. Bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyi və İsveçrə Xarici İşlər Nazirliyi arasında razılıq əldə olunub. Sənədlər var, Hüseynovun məktubu var. Heç kim onu vətəndaşlıqdan çıxarmayıb. Bu, yenə də daha bir yalandır".
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Asim Mollazadə deyib ki, ölkə başçısının Avropa İttifaqı deputatlarını qəbul edərkən etdiyi çıxış həqiqətən də çox düzgün atılmış addımdır. Prezident çıxışı ilə Azərbaycanın qətiyyətli və prinsipial mövqeyini ortaya qoydu və çox haqlı sözlər deyib. Deputat bildirib ki, prezidentin dünən etdiyi çıxış Azərbaycana qarşı aparılan kampaniyanın iç üzünü açdı: "Prezident İlham Əliyev Azərbaycana qarşı aparılam qərəzli informasiya müharibəsinin konkret faktlarını ortaya qoydu. Hesab edirəm ki, Azərbaycan ikitərəfli və qarşılıqlı maraqlar çərçivəsində bütün ölkələr və beynəlxalq təşkilatlarla münasibətlərini qurmaq istəyir. Bu, bizim əsas məqsədimizdir". Asim Mollazadə deyib ki, əgər Avropa parlamenti və qurumları Azərbaycana qarşı qərəzdən əl çəkməsələr, münasibətlər heç də yaxşı olmayacaq: "Biz gözləyirik ki, beynəlxalq təşkilatlar Azərbaycana beynəlxalq hüquq prinsipləri və qanunun aliliyi ilə yanaşsınlar. Yalnız bu halda Azərbaycan Avropa İttifaqı, Avropa parlamenti və digər qurumları ilə normal münasibətlər qura bilər və mövcud münasibətlər normallaşar. Əks halda, biz heç kəsə, heç bir dövlətə, təşkilata Azərbaycanla istədiyi kimi davranmağa, öz maraq və prinsiplərini üstün tutmağa imkan verməyəcəyik. Azərbaycan xarici siyasəti hər zaman tərəfdaşlığa və əməkdaşlığa tam hazırdır. Çünki burada Avropanın maraqları olduğu kimi, Azərbaycanın da maraqları var". Deputat hesab edir ki, prezident İlham Əliyevin sərt çıxışından Avropa parlamenti və Avropa Birliyi nəticə çıxaracaq: "Hesab edirəm ki, ölkə başçısının dünənki çıxışından sonra Avropa parlamentinin erməni lobbisinin təsiri altında olan və olmayan qüvvələri öz səhvlərini başa düşəcəklər. Onlar biləcəklər ki, Azərbaycana qarşı aparılan haqsız və əsassız informasiya müharibəsinə yol vermək olmaz. Bizim istəyimiz odur ki, Azərbaycana qarşı haqsız və böhtan xarakterli informasiya müharibəsinə son qoyulsun. Bu gün çox zəngin şəkildə təşkilatlanmış erməni lobbisinin təsiri altında olan Avropa qurumları artıq bu yoldan dönməlidirlər. Azərbaycan xaricdən, müxtəlif beynəlxalq təşkilatlardan gələ biləcək hücum və təsirlərə qarşı hər zaman ayıq olmalıdır".
Alim