Gündəm

Nazir müavini: Ermənistanda keçirilən parad parodiya idi

22 Sentyabr 2016 14:06

Ermənistanda keçirilən parad sadəcə parodiya idi. Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev deyib.

Yəhya Musayev: Azərbaycanın heç bir ölkədən pulsuz silah-sursat almasına ehtiyac yoxdur

22 Sentyabr 2016 14:04

"Azərbaycanın heç bir ölkədən pulsuz silah-sursat almasına ehtiyac yoxdur". Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev deyib.

Yarıçılpaq, sərxoş tələbə qızlar: "Atama deməyin" 

22 Sentyabr 2016 14:03

İngiltərədəki ali təhsil müəssisələrində yeni tədris ilinin başlanması ilə bağlı birinci kurs tələbələri arasında "sərxoşluq marafonu" davam edir.

ATƏT və başqa Qərb institutları Azərbaycanda keçirilmiş seçkiləri hər dəfə “irəli atılan bir addım” kimi qiymətləndirdikləri halda...”

22 Sentyabr 2016 14:01

Avropadakı bəzi qurum və təşkilatlar bir daha erməni lobbisi, ona xidmət edən siyasətçilərin təsir dairəsində olduğunu təsdiqlədi. Bir qayda olaraq Azərbaycanı hədəf seçən həmin qurumlar bu dəfə də konstitusiyaya edilməsi nəzərdə tutulan əlavə və dəyişikliklərlə əlaqədar öz qərəzli, qeyri-obyektiv mövqelərini ortaya qoydular. Söhbət Venesiya Komissiyasının bu günlərdə rəsmi saytında yerləşdirdiyi Azərbaycanla bağlı rəydən gedir. Məlum olduğu kimi Komissiya sentyabrın 26-da Azərbaycanda konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı keçiriləcək ümumxalq səsverməsi ilə əlaqədar öz ilkin rəyini açıqlayıb.

Donbassda qeydiyyatdan keçmiş kazino şəbəkəsinin Azərbaycan izləri

22 Sentyabr 2016 13:59

Ukrayna xüsusi xidmət orqanları separatçı Donetsk və Luqansk “respublikalarında” qeydiyyatdan keçən, Kiyevdən idarə olunan, Azərbaycanda da nümayəndəliyi fəaliyyət göstərən iri internet-kazino şəbəkəsini ifşa edib.

İlham Əliyev “İsgəndər”lərə qarşı cavab tədbirləri əmri verir

22 Sentyabr 2016 13:57

Xəbər verdiyimiz kimi dünən sentyabrın 21-də İrəvanda “İsgəndər-M” operativ-taktiki raketlərinin də nümayiş olunduğu hərbi paraddan bir neçə saat sonra Azərbaycan Müdafiə Nazirliyinin rəhbərliyi xidməti müşavirəyə toplaşıb. Müdafiə Nazirliyindən yayılmış qısa rəsmi məlumatda deyilir ki,  müşavirə prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığı əsasında keçirilib. Müşavirədə “regionda yaranmış hərbi-siyasi vəziyyət” təhlil edilib.

Vitse-prezident Bayden: “Hər həftə Poroşenkoya 3-4 dəfə zəng vururam”

22 Sentyabr 2016 13:54

ABŞ-ın vitse-prezidenti Cozef Bayden  Ukrayna prezidenti Petro Poroşenkonu siyasi və iqtisadi islahatları fəal şəkildə davam etdirməyə çağırıb və xəbərdarlıq edib ki, əks halda bir sıra Avropa Birliyi ölkələri Rusiyaya qarşı sanksiyaları qaldıra bilər. O, Xarici Əlaqələr Şurasının  Nyu-Yorkda keçirilən iclasında çıxış edərkən qeyd edib ki, əgər Ukrayna bəhanə versə, hazırda sanksiyaları qaldırmağa hazır olan 5 belə ölkə var.

"Vur, komandir, vur!" hadisəsinin qəhrəmanı evləndi

22 Sentyabr 2016 13:50

Sentyabrın 21-də Neftçala rayonunun Xol-Qaraqaşlı kəndində növbəti toy mərasimi keçirilib. Lakin bu toyun digərlərindən fərqi odur ki, bəy 2014-cü ilin noyabr ayında Ermənistan-Azərbaycan cəbhə xəttində Ermənistan silahlı qüvvələrinə məxsus hərbi helokopterini vurmuş Azərbaycanın hərbi qulluqçusu İlkin Muradov olub. 

Vyetnam prezidentindən Azərbaycanla bağlı ÇAĞIRIŞ

22 Sentyabr 2016 13:48

Vyetnam prezidenti Tran Day Kuanq Azərbaycanı əməkdaşlığı genişləndirməyə çağırıb. Trend bildirir ki, ölkə rəhbəri bunu Azərbaycanın həmin ölkədəki səfiri Anar İmanovla görüşdə deyib.

ABŞ-dan Gülənlə bağlı ilk müsbət açıqlama

22 Sentyabr 2016 13:46

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ-ın vitse-prezidenti Co Baydenlə görüşünün təfərrüatı məlum olub.

Nazirlik: Qeyri-qanuni şəkildə işdən çıxarılan 20 nəfər əvvəlki iş yerinə bərpa olunub

22 Sentyabr 2016 13:44

Cari ilin yanvar-avqust aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyiyanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə ünvanlanan vətəndaş müraciətlərinə əsasən görülən tədbirlər nəticəsində 783 min 530 manat məbləğində gecikdirilmiş sosial xarakterli ödənişlərin işəgötürənlər tərəfindən işçilərə ödənilməsi təmin olunub.

İlk dəfə səs verən gənclərlə maarifləndirici seminar keçirildi

22 Sentyabr 2016 13:39

Qaradağ rayonu  Lökbatan qəsəbəsi Heydər Əliyev Mərkəzində 26 sentyabr 2016-cı il tarixdə Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi ilə bağlı keçiriləcək Referenduma hazırlıq məqsədilə seçkilərdə ilk dəfə səs verən   gənclərlə maarifləndirici seminar keçirildi. Tədbiri giriş sözü ilə açan Qaradağ rayon Gənclər və İdman İdarəsinin  rəisi Elçin Abbasov bildirildi ki, gənclərimizin, xüsusilə seçkilərdə ilk dəfə səs verən  gənclərin daha geniş surətdə maariflənməsi, daha çox biliklərə yiyələnməsi, bir sözlə öz hüquq və vəzifələrini mükəmməl bilməsi vacibdir. Hər bir gənc demokratiyanın meyarı olan seçkilərin mahiyyətini dərk etməli, cəmiyyətdəki rolunun əhəmiyyətini bilməli və özünü bir fərd kimi təsdiq etməlidir.

ABŞ Suriya müharibəsini Türkiyəyə keçirdi

22 Sentyabr 2016 13:40

ABŞ Səhiyyə Nazirliyi sosial şəbəkədəki səhifəsində Suriya lideri Bəşər Əsədin əleyhinə olan bir video paylaşıb.

Sərbəst güləşçimiz hərbiçilərin dünya çempionatında qızıl medal qazanıb

22 Sentyabr 2016 13:37

Makedoniyanın paytaxtı Skopye şəhərinin ən böyük idman arenalarından biri Boris Traykovski adına İdman Mərkəzində Beynəlxalq Hərbi İdman Şurasının (CİSM) himayəsi altında keçirilən güləş üzrə hərbçilərin 31-ci dünya çempionatının təntənəli açılış mərasimi olub.

21 dəfə atəşkəs rejimi pozulub

22 Sentyabr 2016 13:35

“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 21 dəfə pozub. Ermənistan respublikası İcevan rayonunun Paravakar kəndində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq kəndində, Noyemberyan rayonunun Barekamavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. İşğal altında olan Ağdam rayonunun Baş Qərvənd, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub