ATƏT və başqa Qərb institutları Azərbaycanda keçirilmiş seçkiləri hər dəfə “irəli atılan bir addım” kimi qiymətləndirdikləri halda...”

Avropadakı bəzi qurum və təşkilatlar bir daha erməni lobbisi, ona xidmət edən siyasətçilərin təsir dairəsində olduğunu təsdiqlədi. Bir qayda olaraq Azərbaycanı hədəf seçən həmin qurumlar bu dəfə də konstitusiyaya edilməsi nəzərdə tutulan əlavə və dəyişikliklərlə əlaqədar öz qərəzli, qeyri-obyektiv mövqelərini ortaya qoydular. Söhbət Venesiya Komissiyasının bu günlərdə rəsmi saytında yerləşdirdiyi Azərbaycanla bağlı rəydən gedir. Məlum olduğu kimi Komissiya sentyabrın 26-da Azərbaycanda konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı keçiriləcək ümumxalq səsverməsi ilə əlaqədar öz ilkin rəyini açıqlayıb.

Əlabbas Məhərrəmli: "İndi Venesiya Komissiyasının bu yanaşması təəccüb doğurur

"Məqsəd Azərbaycanı öz maraqlarına uyğun məcraya yönəltməkdir"

Avropadakı bəzi qurum və təşkilatlar bir daha erməni lobbisi, ona xidmət edən siyasətçilərin təsir dairəsində olduğunu təsdiqlədi. Bir qayda olaraq Azərbaycanı hədəf seçən həmin qurumlar bu dəfə də konstitusiyaya edilməsi nəzərdə tutulan əlavə və dəyişikliklərlə əlaqədar öz qərəzli, qeyri-obyektiv mövqelərini ortaya qoydular. Söhbət Venesiya Komissiyasının bu günlərdə rəsmi saytında yerləşdirdiyi Azərbaycanla bağlı rəydən gedir. Məlum olduğu kimi Komissiya sentyabrın 26-da Azərbaycanda konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı keçiriləcək ümumxalq səsverməsi ilə əlaqədar öz ilkin rəyini açıqlayıb. Venesiya Komissiyasının rəyində bir sıra məsələlərdə Azərbaycana qarşı qeyri-obyektiv, qərəzli yanaşma özünü büruzə verib. Bu arada bir məqamı da qeyd etmək yerinə düşər ki, komissiya bu dəfə daha çox tələskənliyə yol verərək hazırladığı rəyə Azərbaycanın mövqeyini öyrənməyə nədənsə lüzum görməyib. Hər kəsə bəllidir ki, bir qayda olaraq belə rəylər əvvəlcədən Azərbaycan tərəfi ilə razılaşdırıldıqdan sonra açıqlanardı. Rəsmi Bakının arqumentləri dinlənilər, mövqeyi nəzərə alınar, sonradan rəy açıqlanardı. Hazırda isə Venesiya Komissiyasının Azərbaycanla məsləhətləşmə aparmadan Referendum Aktı ilə bağlı ilkin rəy açıqlaması siyasi sifariş sayıla bilər. Müstəqil ekspert Əlabbas Məhərrəmli ötən müddət ərzində komissiyanın Referendum Aktına heç bir münasibıət bildirməyib anidən öz saytına rəy yerləşdirməsinin başadüşülən olmadığını söyləyib: " Azərbaycanda keçirilmiş əksər seçkilər ərəfəsində Azərbaycan hökuməti Venesiya Komissiyası ilə əməkdaşlıq edib. Bu əməkdaşlıq seçki qanunvericiliyi və bu çərçivədə bir sıra sahələri əhatə edib. Bilirsiziniz ki, Azərbaycanla ATƏT arasında bir müddət əvvəl yaranmış anlaşılmazlıqlar bu əməkdaşlığa təsirsiz ötüşməyib. Ona görə də, Azərbaycanda referendum keçirilməsi qərara alındıqdan sonra xeyli vaxt keçsə də, Venesiya Komissiyası və başqa beynəlxalq qurumlar bu proses haqqında mövqe bildirmirdilər. Komissiyanın Referendumla bağlı açıqladığı rəy xeyli tənqididir. Məncə, bu qiymətləndirmə Azərbaycanla Qərb arasında mövcud olan anlaşılmazlıqların mahiyyətindən qaynaqlanır". Venesiya Komissiyasının Azərbaycana vitse-prezidentlik postunun təyinatına görə etiraz bildirməsinə gəlincə ekspert deyib ki, Komissiyanın ayrı-ayrı tənqidi müddəaları ümumilikdə qeyd etdiyi münasibətlərdəki problemlərdən irəli gəlir: "Bu yanaşma çox güman

ki, vitse-prezident postunun təyinatlı vəzifə kimi nəzərdə tutulması ilə bağlıdır. Yəni bir sıra ölkələrdə prezident və vitse-prezident vəzifəsi ya seçkili olur, ya da prezidentliyə namizəd öz vitse-prezidentini əvvəldən açıqlayır". Prezidentlik müddətinin 7 ilə qaldırılması ilə bağlı irada da toxunan Əlabbas Məhərrəmli qeyd edib ki, Venesiya Komissiyasının tənqidi mövqeyinin kökündə Azərbaycanla münasibətlərin indiki vəziyyəti dayanır: "Prezidentlik müddətinə gəldikdə, burada da Venesiya Komissiyasınin əvvəlki seçki qərarlarina əsaslaniblar. Bununla belə, deyilməlidir ki, ATƏT və başqa Qərb institutları Azərbaycanda keçirilmiş seçkiləri hər dəfə "irəli atılan bir addım" kimi qiymətləndirdikləri halda, indi onların bu yanaşması təəccüb doğurur". Müstəqil ekspert referendum ərəfəsində Qərbdən, Avropadan Azərbaycana qarşı artan təzyiqlərin arxasında hansı məqamın dayandığına da aydınlıq gətirib. Bildirib ki, bu təzyiqlər ötən ildən başlayaraq daha da güclənib: "Arada müəyyən yumşalmalar, səngimə olsa da, Azərbaycana Qərbdən olan təzyiqlər aradan qalxmayıb. Hazırda da biz həmin təzyiqləri müşahidə edilir. Hesab edirəm ki, bu da həmin təzyiqlərin davamıdır. Düşünürəm ki, burada başlıca məqsəd Azərbaycanı öz maraqlarına uyğun məcraya yönəltməkdir. Təzyiqlərin Referendum ərəfəsində yenidən güclənməsi də dediklərimizi təsdiqləyir".

Məhəmməd

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31