Vitse-prezident Bayden: “Hər həftə Poroşenkoya 3-4 dəfə zəng vururam”
ABŞ-ın vitse-prezidenti Cozef Bayden Ukrayna prezidenti Petro Poroşenkonu siyasi və iqtisadi islahatları fəal şəkildə davam etdirməyə çağırıb və xəbərdarlıq edib ki, əks halda bir sıra Avropa Birliyi ölkələri Rusiyaya qarşı sanksiyaları qaldıra bilər. O, Xarici Əlaqələr Şurasının Nyu-Yorkda keçirilən iclasında çıxış edərkən qeyd edib ki, əgər Ukrayna bəhanə versə, hazırda sanksiyaları qaldırmağa hazır olan 5 belə ölkə var.
22 Sentyabr 2016 13:54 DünyaABŞ-ın vitse-prezidenti Cozef Bayden Ukrayna prezidenti Petro Poroşenkonu siyasi və iqtisadi islahatları fəal şəkildə davam etdirməyə çağırıb və xəbərdarlıq edib ki, əks halda bir sıra Avropa Birliyi ölkələri Rusiyaya qarşı sanksiyaları qaldıra bilər. O, Xarici Əlaqələr Şurasının Nyu-Yorkda keçirilən iclasında çıxış edərkən qeyd edib ki, əgər Ukrayna bəhanə versə, hazırda sanksiyaları qaldırmağa hazır olan 5 belə ölkə var.
Baydenin sözlərinə görə, Ukrayna böhranından bu yana hər həftə Ukrayna rəhbərliyinə 3-4 dəfə telefon açır, həmçinin Almaniya, Fransa vəİtaliyanı sanksiyaları saxlamağa çağırır. Bayden bundan bir gün əvvəl BMT-nin Baş Assambleyasının sesiyası çərçivəsində Petro Poroşenko ilə görüşüb və ölkəsinin Ukraynaya 1 milyard dollarlıq kredit təminatı verməyə hazır olduğunu bildirib.