Gündəm

Azerbaijan25.Az saytının təqdimatı keçirilib

23 Sentyabr 2016 17:24

Gəncədə Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası (ASGA) İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Azərbaycan – 25 illik misilsiz inkişaf haqqında virtual təqdimatların təşkili” layihəsi çərçivəsində virtual təqdimatlar keçirib. Eyni zamanda, layihə çərçivəsində Azerbaijan25.Az saytının geniş təqdimatı keçirilib. Bu barədə məlumat “OLAYLAR”-a ASGA-dan daxil olub. Bildirilib ki, tədbiri giriş sözü ilə Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov açaraq son 25 ildə ölkəmizdə aparılan uğurlu daxili və xarici siyasətdən danışıb. 

Milli musiqimiz məktəblilər arasında təbliğ olunub

23 Sentyabr 2016 17:23

Gənc fəal Səbinə Novruzzadə Azərbaycan Gənclər Fondunun dəstəyilə həyata keçirdiyi “Milli musiqimizin təbliğatçısına çevrilək” adlı layihənin icrasına başlayıb. “OLAYLAR”-ın xəbərinə görə, layihə çərçivəsində ilk tədbir Bakının Nizami rayonundakı “Zəngi” liseyində baş tutub.

Akif Çovdarovun cinayət işində zərərçəkmiş kimi tanınan iş adamının məhkəməsi başlayıb

23 Sentyabr 2016 17:17

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən “Real MTK”-nın təsisçisi və rəhbəri İlham Qasımovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Ölüm haqqında şəhadətnamənin kağız forması ləğv ediləcək

23 Sentyabr 2016 17:13

Azərbaycanda ölüm haqqında şəhadətnamənin kağız forması ləğv ediləcək. Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin informasiya siyasəti şöbəsinin müdiri Arzu Mirzəyev APA-ya deyib ki, hazırda "Ölüm haqqında tibbi şəhadətnamənin elektron registrdən əldə edilməsi" üzrə tibbi xidmət yaradılır.

Gülənə böyük zərbə - Qardaşı qızı saxlanıldı

23 Sentyabr 2016 17:10

FETÖ-nün Türkiyədə çevriliş cəhdi ilə bağlı başladılan istintaq işi çərçivəsində Fətullah Gülənin qardaşı qızı Əminə saxlanılıb.

Multikulturalizm Mərkəzinin Drezden filialının təqdimatında “Azərbaycan adlı möcüzə”

23 Sentyabr 2016 17:09

Almaniyanın Drezden şəhərində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) Drezden filialının təşkilatçılığı və “Alm.az” Alman-Azərbaycan Cəmiyyətinin  birgə dəstəyi ilə dövlət müstəqilliyimizin bərpasının 25-ci ilinə həsr olunmuş “Azərbaycan adlı möcüzə” mövzusunda tədbir keçirilib.

Şəbnəm Tovuzlu: “Ərim birinci xanımından uşağı olmadığına görə boşanıb”

23 Sentyabr 2016 17:03

Bəzi saytlar müğənni Şəbnəm Əsədovanın Rafiq adlı şəxsdən hamilə olduğunu və onların vətəndaş nikahında yaşadığı haqda xəbərlər dərc edib. Məlumatda deyilir ki, iş adamı olan şəxs ətrafında Hacı Rafiq kimi tanınır. Onun metronun “Memar Əcəmi” stansiyası yaxınlığında obyektləri var. Hacı Rafiqin Bakının bir neçə yerində geyim mağazalarının olduğu da söylənilir. Deyilənə görə, o, Şəbnəmlə xeyli müddət öncə tanış olub. Hacı Rafiq müğənni sevgilisi üçün 3-cü mikrorayon dairəsinin yaxınlığında dəbdəbəli ev alıb. Hazırda Şəbnəmlə o evdə yaşayırlar.

Nazir Biləsuvar rayonunda mədəniyyət ocaqlarının fəaliyyəti ilə tanış olub

23 Sentyabr 2016 17:02

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev sentyabrın 23-də Biləsuvar rayonunda vətəndaşlarla görüşündən sonra bir sıra mədəniyyət müəssisələrinə baş çəkib. Nazirliyin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki,  ilk olaraq rayon Mədəniyyət mərkəzinə gələn nazirə mərkəzin fəaliyyəti, mədəni xidmətlərin təşkili sahəsində görülən işlər haqqında məlumat verilib. Mərkəzin nəzdindəki özfəaliyyət kollektivi və dərnəyin işi ilə də tanış olan nazir mədəniyyət ocağının inzibati binasının yaxın vaxtlarda təmir olunacağı bildirib. Əbülfəs Qarayev daha sonra rayon Tarix-diyarşünaslıq muzeyinə gəlib. Burada yaradılan şərait, eksponatların qorunması və yeni eksponatların toplanması haqqında nazirə ətraflı məlumat verilib. Qeyd olunub ki, muzeydə 2 mindən çox eksponat qorunub saxlanılır. Nazir hər iki müəssisənin fəaliyyətinin daha da yaxşılaşdırılması üçün tapşırıq və tövsiyələr verib.

Salyanda yeni körpü

23 Sentyabr 2016 17:01

Salyan rayonunda “Babazanan” yaşayış sahəsindən rayon mərkəzinə olan məsafəni dəfələrlə qısaldan Kür çayı üzərində yeni 6 aşırımlı körpünün 200 metr,  eni 14,5 metrdir. Yeni körpünün hərəkət hissəsinin eni 11,5 metr, piyada səkilərinin eni hər bir tərəfdə 1,5 metrdir.

Yeni istehsalat bazası yaradılıb

23 Sentyabr 2016 16:57

“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin yeni istehsalat bazası fəaliyyətə başlayıb. Baza Bakı 2 nömrəli Yol İstismarı MMC-nin tərkibində yaradılıb. Cəhmdar Cəmiyyətin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, bu münasibətlə istehsalat bazasına baxış keçirilib. Baxışda “Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədov və cəmiyyətin digər rəhbər şəxsləri iştirak ediblər.

Azərbaycan icması Maqdeburq Bələdiyyəsinin tədbirində təmsil olunub

23 Sentyabr 2016 16:56

Almaniyanın Maqdeburq şəhərində əcnəbilərin cəmiyyətə inteqrasiyasını sürətləndirmək məqsədilə görüş keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, tədbir Maqdeburq şəhər Bələdiyyəsinin təşkilatçılığı ilə Bələdiyyə binasında “Maqdeburqa xoş gəlmisiz” devizi altında baş tutub. Maqdeburqada yaşayan müxtəlif xalqların nümayəndələri görüşdə iştirak etməklə yanaşı, ölkələrinə aid müxtəlif çap məhsulları nümayiş etdirib, digər xalqlara öz tarixi, mədəniyyəti barədə məlumat veriblər.

Tibbin inkişafına görə dünya ölkələrinin yeni REYTİNQİ

23 Sentyabr 2016 16:55

Tibb sahəsində ən avtoritet jurnallardan sayılan "The Lancet" tibb xidmətlərinin, sağlamlığın və həyat şərtlərinin keyfiyyətinə görə dünya ölkələrinin yeni reytinq cədvəlini tərtib edib.

Tağı Əhmədov: "Maaşımdan sabaha 5 manat qala-qalmaya..."

23 Sentyabr 2016 16:34

Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının sədri, Bakı Metropoliteninin sabiq rəisiTağı Əhmədov teleqraf.com-un suallarını cavablandırıb. 

Baş Polis İdarəsinin rəisi tutduğu vəzifədən istefa verəcək

23 Sentyabr 2016 16:32

Rusiya Daxili İşlər Nazirliyinin Moskva üzrə Baş Polis İdarəsinin rəisi Anatoli Yakunin şəxsi polis heyətinə yaxın zamanda istefa verəcəyini bildirib.