Milli musiqimiz məktəblilər arasında təbliğ olunub

Gənc fəal Səbinə Novruzzadə Azərbaycan Gənclər Fondunun dəstəyilə həyata keçirdiyi “Milli musiqimizin təbliğatçısına çevrilək” adlı layihənin icrasına başlayıb. “OLAYLAR”-ın xəbərinə görə, layihə çərçivəsində ilk tədbir Bakının Nizami rayonundakı “Zəngi” liseyində baş tutub.

Gənc fəal Səbinə Novruzzadə Azərbaycan Gənclər Fondunun dəstəyilə həyata keçirdiyi "Milli musiqimizin təbliğatçısına çevrilək" adlı layihənin icrasına başlayıb. "OLAYLAR"-ın xəbərinə görə, layihə çərçivəsində ilk tədbir Bakının Nizami rayonundakı "Zəngi" liseyində baş tutub. S.Novruzzadə deyib ki, layihənin həyata keçirilməsində əsas məqsəd milli musiqimizi yeniyetmə və gənclərimizə sevdirmək, Azərbaycan mədəniyyətinin təşəkkülündə xidmətləri olan korifey sənətkarları təbliğ etmək və bu sahənin inkişafına töhfə verməkdir. S.Novruzzadə qeyd edib ki, layihə həm də musiqi sahəsində xüsusi istedadı olan gənclərin üzə çıxarılmasına xidmət edir. Layihə rəhbəri verdiyi dəstəyə görə "Zəngi" liseyinin rəhbərliyinə təşəkkür edib. "Türkiyə Universitetləri Məzunları" İctimai Birliyinin (TUMİB) sədri Çingiz Bayramov sözügedən layihənin əhəmiyyətindən danışaraq, gənc nəslin milli mədəniyyətimizin bir hissəsi olan musiqimizlə bağlı maarifləndirilməsinin vacibliyini önə çəkib: "Yeniyetmə və gənclərimizin tariximiz və mədəniyyətimizlə bağlı daha artıq dərəcədə maarifləndirilməsi hər zaman aktualdır. Bu layihənin məqsədlərindən irəli gələrək yeniyetmələrimizin milli musiqimizlə əlaqədar bilgiləndirilməsi çox vacib məsələdir. İndiki qloballaşma prosesində bu məsələnin əhəmiyyəti daha da artır". "Zəngi" liseyinin direktor müavini Nigar Məmmədova müasir gənclərin milli ruhdan qopmamasının vacibliyini vurğulayaraq, bu çərçivədə milli musiqimizin gənclər arasında ardıcıl təbliğinin davamlı olmasını tövsiyə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31