Gündəm
Rusiyalı hərbi ekspert: “Əgər Rusiya Ermənistana “İsgəndər M” raket kompleksi veribsə, o zaman beynəlxalq öhdəliyi pozub”
“Rusiyanın Ermənistana “İsgəndər” raket kompleksi satması region üçün böyük təhlükədir. Bu silah kompleksi Ermənistan ordusunun imkanlarını genişləndirə bilər”.
Yarım ildə 4 min insan ÖLDÜRÜLDÜ
Yəməndə silahlı toqquşmalar nəticəsində yarım ildə təxminən 4 min dinc sakin öldürülüb.
Röya: "Sərxoş və tənha obrazda idim"
Ötən gün efirə sərxoş çıxdığı deyilən əməkdar artist Röya Ayxan ittihamlara cavab verib.
3,4 milyon dolları ələ keçirməkdə təqsirləndirilən şəxs: "Günahım yoxdur"
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı sakininin 3,4 milyon ABŞ dolları məbləğində vəsaitini dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən Loğman Abdullayev, Emin Qasımov, Ruslan Hacıyev, Pərviz Rzayev, Fərhad Tağıyev, Tural Qasımov və Gəray Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Almaniya hərbçiləri İraqdan çıxır
Yezidi kürdləri, ölkənin şimalındakı kürd muxtariyyətinin silahlılarını ("peşmərgələr") təlimatlandıran Almaniya hərbçiləri İraqdan çıxır.
Adriana Limanın çılpaq şəkli YAYILDI
"Bir-birinin yerində gözü olanlar öz iş yoldaşları barədə xəbərçilik edir"
Adını, ünvanını, kimliyini gizlədənlər həm zərər verir, həm də bürokratik aparatı məşğul edirlər.
Tullantıların İdarəedilməsi Mərkəzi istismara verilib
Sentyabrın 23-də SOCAR-ın Bakının Qaradağ rayonu ərazisində tikilmiş Tullantıların İdarəedilməsi Mərkəzinin təntənəli açılış mərasimi keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, mərasimdə SOCAR-ın prezidenti Rövnəq Abdullayev, BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell, Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev, eləcə də SOCAR rəhbərliyinin nümayəndələri iştirak ediblər.
Təhsil naziri Zərdab şəhərində vətəndaşları qəbul edib
Sentyabrın 23-də təhsil naziri Mikayıl Cabbarov Zərdab şəhərindəki Heydər Əliyev Mərkəzində Ucar, Zərdab, Göyçay və Ağcabədi rayon sakinlərini qəbul edib. Nazirliyin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2016-ci ilin sentyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, keçirilən qəbulda vətəndaşlar əsasən, müəllimlərin işə qəbulu və ya iş yerinin bir məktəbdən, həmçinin, bir rayondan digərinə dəyişdirilməsi, işə bərpa olunma, təhsil sənədlərinin tanınması, ali və orta ixtisas məktəbləri tələbələrinin bir təhsil müəssisəsindən digərinə köçürülməsi, təhsil haqqı və bir sıra digər məsələlərlə əlaqədar müraciət ediblər.
Cəlilabadın daha bir kəndinə ilk dəfə təbii qaz verilib
Sentyabrın 23-də Cəlilabad rayonunun Maşlıq kəndinə ilk dəfə təbii qaz verilib. “OLAYLAR”-ın xəbərinə görə, bu münasibətlə keçirilmiş tədbirdə bildirilib ki, 858 abonenti olan Maşlıq kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında 29321 metr uzunluğunda müxtəlif diametrli daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, bütün abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.
Liviyanı yenidən Qəddafilər idarə edəcək? - TƏHLİL
Düz 42 il Liviyaya rəhbərlik etmiş Müəmmar Qəddafi 2011-ci ildə devriləndən sonra ölkə xaosa sürükləndi və daxildə düzənsizlik, özbaşınalıq hökm sürməyə başladı. İŞİD və Əl-Qaidə kimi terror təşkilatları üçün münbit ölkə halını alan Liviyada yenidən Qəddafi rejiminin bərpa ediləcəyinə dair mülahizələr irəli sürülür.
Ombudsman MPQ-nin üzvləri DİN-in saxlanılma məntəqəsinə başçəkmə keçiriblər
Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri Daxili İşlər Nazirliyinin (DİN) İnzibati Həbs Olunanların Saxlanılma Məntəqəsinə əvvəlcədən xəbərdarlıq etmədən başçəkmə keçiriblər.
Quba, Qusar, Xaçmaz gəncləri maarifləndirilib
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Maliyyə dəstəyi ilə "Müasir Gənclik və Sosial İnkişaf” İctimai Birliyi Quba, Qusar, Xaçmaz rayonlarında Gənclərin dini radikallıqdan və ekstremizmdən çəkindirmək təşəbbüsləri mövzusunda tədbir həyata keçirib.
Aktyor vətənini lağa qoydu: "Heç bir azadlıq qalmayıb"
Aktyor Jerard Depardye italyan qəzeti "Corriere della Sera"ya verdiyi müsahibədə artıq özünü fransız kimi qəbul etmədiyini deyib.
Asim Mollazadə: “İnformasiya müharibəsinə qarşı hazırlıqlı olmaq lazımdır”
“ABŞ və Qərb ölkələrində insan hüquqlarının pozulması, korrupsiya, ksenofobiya və faşizm geniş vüsət alıb. ABŞ-da qara dərililərə qarşı olan münasibət, Avropada qaçqın böhranı bunu əyani şəkildə təsdiq edir. Ümumiyyətlə bu kimi hallar onların maraq dairəsindədir”. Bunu millət vəkili Asim Mollazadə deyib.








.jpg)





