Gündəm
Amsterdamda özü hərəkət edən su taksiləri işə düşəcək
Meqapolis üçün effektiv həllər institutu Amsterdam ərazisində özü hərəkət edən su nəqliyyatının tətbiqi üzrə beşillik proqram elan edib. “Roboat” adlı proqramın kuratorları qismində Massaçusets Texnologiya İnstitutu və Hollandiyanın iki universiteti çıxış edir.
Yaponiyada qadağa: axşam saat 8-dən sonra iş yerində qalmaq olmaz
Tokionun qubernatoru Yuriko Koike bələdiyyə işçilərinə axşam saat 8-dən gec işdən çıxmağı qadağan edib. Qubernator bu yolla ölkədə geniş yayılan “karosi” - iş yerində həddən artıq yorğunluq və stress səbəbindən baş verən ölüm hallarının qarşısını almağa çalışır. Vesti.ru saytı xəbər verir ki, Yuriko Koikenin tapşırığının icrasına xüsusi komanda nəzarət edəcək. Onlar axşam saat 8-də ofislərin işıqlarını söndürəcək və iş yerlərində heç kimin qalmamasına nəzarət edəcəklər. Tokionun bələdiyyə sektorunda 170 min insan işləyir. Koike onun praktikasından digər şəhərlərin başçılarının da istifadə edəcəyinə inanır.
"Runinin ehtiyata getmək vaxtı çatıb"
Yaxın keçmişin tanınmış futbolçusu Rey Parlor "Mançester Yunayted"in baş məşqçisi Joze Mourinyoya məsləhət görür ki, Runini əsas heyətdən çıxarsın.
PSJ İbrahimoviçin məvacibindən 30% kəsdi
PSJ ötən yay komandanı tərk edən Zlatan İbrahimoviçin son ay məvacibindən 30 % kəsib.
Azərbaycanda Ailə Biznesinə Asan Dəstək mərkəzləri yaradılır
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində "ABAD" publik hüquqi şəxsin yaradılması haqqında fərman imzalayıb.
Musa Qasımlı: “Bəzi xarici dairələr cəmiyyətimizi xaosa sürükləməyə çalışırlar”
"Qərbin ölkəmiz əleyhinə apardığı təbliğat, o cümlədən Venesiya Komissiyasının rəyi başdan-başa qərəzli, sifarişli, qeyri-obyektivdir”. BunuSİA-ya açıqlamasında millət vəkili, professor Musa Qasımlı deyib. O bildirib ki, bütün bunlar Azərbaycana qarşı aparılan çirkin kampaniyanın tərkib hissəsidir: “Diqqətlə araşdırılarsa, bütün bu fəaliyyətlərin arxasında erməni lobbisi, diasporası və digər anti-Azərbaycan qüvvələr dayanır. Onlar Azərbaycanı güclü dövlət kimi görmək istəmirlər, cəmiyyətimizi xaos və anarxiyaya sürükləməyə çalışırlar. Belə hərəkətlər xalqımız tərəfindən rədd edilir".
"Neftçi"nin zədəlilərinin son durumu
Neftçi" zədəli futbolçularının hazırkı vəziyyətiylə bağlı məlumat yayıb. Goal.az xəbər verir ki, komandanın yarımmüdafiəçisi Elşən Abdullayev müalicə və bərpa prosesini Almaniyanın Donauştaf vilayətində davam etdirir. Futbolçunun yekun bərpa müddəti həkim müayinəsindən sonra bəlli olacaq.
Dünyanın ən zəngin idmançılarının REYTİNQİ
"Forbes" jurnalı dünyanın ən zəngin idmançılarının reytinqini dərc edib. Report xəbər verir ki, reytinq siyahısına Portuqaliya yığma komandasının və "Real Madrid"in ulduz futbolçusu Kriştianu Ronaldu başçılıq edir. Onun var-dövləti 88 milyon ABŞ dolları miqdarında dəyərləndirilir.
Kamran Ağayev Kasilyasa qarşı
Millimizin qapıçısı Kamran Ağayev Portuqaliya çempionatında ilk oyununa çıxa bilər.
Van Qaal Bremen klubu ilə danışıqlar aparır
Lui van Qaal yenidən Bundesliqada çalışa bilər. Goal.az xəbər verir ki, hollandiyalı mütəxəssisin adı "Verder"lə hallanır. ViktorSkipnikin istefasından sonra 65 yaşlı Van Qaalın Bremen klubu ilə danışıqlara başladığı deyilir. Digər namizədlər Mirko Slomka, Andreas Hersoq və Tomas Şaafdır.
Dənizdən 144 miqrantın cəsədi çıxarıldı
Aralıq dənizinin Misir sahillərində miqrantları daşıyan gəminin batdığı ərazidə axtarış işlərini davam etdirən xilasedicilər ümumilikdə sudan 144 nəfərin cəsədini çıxarıblar.
Texniki Universitetin müəllimi dövlətə xəyanətdə ittiham olundu
Bauman adına Moskva Dövlət Texniki Universitetinin müəllimi, Maşınqayırma İnstitutunun Elmi Tədqiqat Mərkəzinin əməkdaşı Vladimir Lapıgin 7 il azadlıqdan məhrum edilib.
Qazaxda məktəbli öldürülüb, hadisəni törətməkdə şübhəli bilinən yeniyetmə tutulub
Qazaxda 16 yaşlı oğlan qətlə yetirilib.
Palata: 2 hüquqi şəxs və 86 fiziki şəxsin sığorta vasitəçisi fəaliyyəti üçün verilmiş lisenziyaları ləğv edilib
Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının 23 sentyabr 2016-cı il tarixli qərarına əsasən 2 hüquqi şəxs və 86 fiziki şəxsin sığorta vasitəçisi fəaliyyəti üçün verilmiş lisenziyaları ləğv edilib.
Salyanda bankomatdan 155 min manat oğurlanıb
Salyan rayonunda bankomatdan oğurluq olub.














