"Runinin ehtiyata getmək vaxtı çatıb"
Yaxın keçmişin tanınmış futbolçusu Rey Parlor "Mançester Yunayted"in baş məşqçisi Joze Mourinyoya məsləhət görür ki, Runini əsas heyətdən çıxarsın.
23 Sentyabr 2016 19:00 İdmanYaxın keçmişin tanınmış futbolçusu Rey Parlor "Mançester Yunayted"in baş məşqçisi Joze Mourinyoya məsləhət görür ki, Runini əsas heyətdən çıxarsın.
Goal.az xəbər verir ki, Parlor bunun təcrübəli hücumçuya özünə gəlməyə imkan verəcəyini düşünür.
"Runi hazırda böyük problemdir. Maraqlı səslənsə də, Ueyni əsas heyətdən çıxarmaq vaxtı çatıb. Əksər tənqidlər ona ünvanlanır deyə biraz dincəlib enerji toplamalıdır. Məncə, "Lester"lə oyunda Kerrik və ya Şnayderlen əsas heyətdə meydana çıxacaq. Bunlardan biri Fellaini ilə dayaq yarımmüdafiəsində yer alacaq. Poqba "10 nömrəli futbolçu" funksiyasını yerinə yetirə bilər. Cinahlardan birində Reşford, digərində hər hansı futbolçu, mərkəzdə İbrahimoviç yer alacaq. Ən əsası düzgün balans qurmaqdır. Hansı ki Mourinyo son bir neçə oyunda öhdəsindən gələ bilməmişdi".