Kamran Ağayev Kasilyasa qarşı

Millimizin qapıçısı Kamran Ağayev Portuqaliya çempionatında ilk oyununa çıxa bilər.

Millimizin qapıçısı Kamran Ağayev Portuqaliya çempionatında ilk oyununa çıxa bilər.

Azvision.az bildirir ki, bu gün K.Ağayevin yeni transfer olduğu "Boavişta" klubu İspaniyanın əfsanəvi qapıçı İker Kasilyasın şərəfini qoruduğu "Portu"nun qonağı olacaq. K.Ağayevin bu görüşdə meydana çıxacağı bildirilir. Belə ki, "Boavişta"nın ilk 11-liyində həmyerlimizin adın göstərilib.

Həmçinin "Boavişta"nın əsas qapıçısı olan Mika "Sanderlend"ə transfer edildiyindən K.Ağayevin əsas heyətdə çıxış etmək şansı yüksəkdir. 

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 22.00-da başlanacaq. 5 turdan sonra "Portu" 10 xalla 3-cü, "Boavişta" isə 5 xalla 12-ci yeri tutur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31